Millət vəkili: “Ermənistanın qarşısını almaq üçün sanksiyalar tətbiq edilməlidir”
Bizi izləyin

Nida.az

Millət vəkili: “Ermənistanın qarşısını almaq üçün sanksiyalar tətbiq edilməlidir”

“Ermənistan sahibləri diqqəti Ukraynadan Cənubi Qafqaza yönəltmək istəyir”

Hazırkı durumda beynəlxalq təşkilatlardan qətiyyətli addım gözləyirik. Ermənistanın təxribatının qarşısını almağın yeganə yolu ona qarşı müvafiq sanksiyaların tətbiqindən ibarət olmalıdır. Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Millət vəkili bildirib ki, Ermənistan BMT-nin qətnamələrini həyata keçirmək əvəzinə, təcavüzü daha da gücləndirir, müharibəni canlandırmağa çalışır. Bu məsələ həm də Ermənistan sahiblərinin diqqəti Ukraynadan Cənubi Qafqaza yönəltmək istəyi ilə bağlıdır.

“Eyni zamanda, onlar belə bir fikir formalaşdırmaq istəyirlər ki, atəşkəsi qorumaq üçün sülhməramlılara ehtiyac var. Bu cür siyasətin qarşısını almaq üçün təcili Ermənistana qarşı Beynəlxalq Təşkilatların qərarı ilə nüfuzlu ölkələr sanksiyalar tələb etməlidir. Ermənistandan Azərbaycan ərazisini boşaltmaq tələb edilməlidir. Bununla da Ermənistanın arxasında duranlar onların oyunlarının keçmədiyini anlayacaq. Əks halda, sülhə nail olmaq mümkün olmayacaq”.

Millət vəkili hazırda böyük dövlətlərin və beynəlxalq təşkilatların susmasını Ermənistanın sahiblərinin və diasporanın müvafiq ölkələrdəki gücü ilə əlaqələndirib:

“Ermənistanın sahibləri bu ölkədən daim öz məqsədləri üçün istifadə edir. Digər tərəfdən, erməni diasporasının bir sıra ölkələrin daxili siyasətində nüfuza sahib olmaları Ermənistanın ərköyün siyasət yeritməsinə rəvac verir. Buna son qoymaq üçün konkret addımlar atmağın vaxtı yetişib. Keçmiş SSRİ-də Gürcüstan, Moldova, Ukraynada baş verən hadisələr hamısı Qarabağdan başlanıb. Hamısında eyni ssenari üzrə davam edib. Bu gün Ermənistanı nəzarət altında saxlayan rejim həmin qüvvələrin təmsilçisidir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm