“Onun məqsədi dünya malı qazanmaq olub”- QMİ Elşad Mirini teledebata çağırdı
Bizi izləyin

Nida.az

“Onun məqsədi dünya malı qazanmaq olub”- QMİ Elşad Mirini teledebata çağırdı

QMİ bitərəf olmadığı üçün fətva vermək səlahiyyəti yoxdur: “Onların verdiyi fətvalar Qurana, İslama uyğun gəlmir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) dini radikallarla bağlı verdiyi fətva birmənalı qarşılanmayıb. Sələfi icması bunu “anlaşılmaz” açıqlayıb. İlahiyyatçı Elşad Miri isə QMİ-ni radikallığın genişlənməsinə ittiham edərək, qurumun fətva vermək səlahiyyətinin olmadığını bəyan edib .

O, Publika.Az –a açıqlamasında bildirib ki, QMİ bitərəf olmadığı üçün fətva vermək səlahiyyəti yoxdur: “Onların verdiyi fətvalar Qurana, İslama uyğun gəlmir. QMİ bitərəf olmadığı üçün fətva vermək səlahiyyəti yoxdur. Onların verdiyi fətvalar Qurana, İslama uyğun gəlmir. Problemin kökündə QMİ dayanır. Bu gün dindarlar bu qurumu dini mərkəz olaraq qəbul etmirlər”.

Suriyaya gedən azərbaycanlılarla bağlı da danışan ilahiyyatçı burda da QMİ-nin günahları olduğunu deyib. Bildirib ki, düzgün təbliğat aparılmadığı üçün bunlar da baş verir: “QMİ-nin başı molla, yas biznesinə qarışdığı üçün yəqin ki, buna ikinci-üçüncü məsələ kimi baxırlar. Dövlət tərəfindən müəyyən siqnallar gələndən sonra nəsə açıqlamağa məcbur olublar. Halbuki bu, QMİ-nin vəzifəsidir. Əgər orda mütəxəssislər varsa, bunu onlar etməlidir. Yoxsa Novruzun vaxtı ilə bağlı fətva vermək, ”Novruz Aşura ilə üst-üstə düşürsə, yumurta boyamaq olar, yoxsa yox” fətvasını verməklə bunlar hara gedirlər. Onlar sadəcə mollalarını attestasiyadan keçirməklə, yas mollası, moizəxan təyin etməklə məşğuldurlar. Buna görə də insanlar başqa yerlərə üz tutur. Nəticədə də göz önündədir”.

QMİ ilahiyyatçının ittihamlarına cavab verib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə bildirib ki, Elşad Mirinin din adından danışmağa haqqı yoxdur: “Ona görə ki, onun bütün dövrlərdə din adından söhbət etməyi, dindarlarla danışmağı hamısı hiylə və dünya malı qazanmaq olub. Bu mətləblə ki, bir çox müxtəlif işlərlə məşğul olub. İndi beş-on kəlmə ərəb dilində bilməklə dinin şəriətini bilməz. Belə olsa onda bütün ərəblərin hamısı şəriət üzrə ayətullah olarlar. Elşad Miri başa düşməlidir k, belə işlər ona heç vaxt fayda verməz. Əgər elmi araşdırmalar bacarırsa, gedib onunla məşğul olsun, dindarlar adından söhbət etməsin. QMİ-də püxtələşən şəxsiyyətlər var, hələ Sovet dövründə onlar İslamı qoruyub saxlayıblar. Onda heç Elşad Miri yox idi”.

QMİ rəsmisi qeyd edib ki, E. Mirinin son dövrlər sayt açmaq istəməsinə və adını “Allah” qoymasına, Səudiyyə adı ilə çıxış etməsinə ixtiyarı yoxdur.

“Onun gah din pərdəsi altında, gah da elmi araşdırma adı altında fətva xarakterli sözlər və müsahibələrinin heç bir əsası yoxdur. Ümumiyyətlə, Elşad Mirinin bu formada belə söhbət etməyə heç bir haqqı yoxdur. Mən bütün dindarları onun sözlərinə uymamağa çağırıram. Lazım gəlsə, onunla teledebata çıxmağa hazırıq”-deyə o qeyd edib.

M. Seyidzadə vurğulayıb ki, Elşad Miri heç vaxt QMİ-nin tədbirinə dəvət olunmayıb: “O, bunu haradansa eşidib gəlirdi. O, çox can atırdı ki, tədbirlərimizdə çıxış etsin, lakin ona imkan verilmirdi. Səbəbi isə onun din savadı olmamasıdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm