• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ermənistana sanksiyaların tətbiqi AVRONEST PA-da qaldırılacaq

  • Nida.az
  • 4 Avqust 2014 14:39
  • 1 007 Baxış
Ermənistana sanksiyaların tətbiqi AVRONEST PA-da qaldırılacaq

"Son vaxtlar dünyada terrorizmə qarşı ciddi mübarizə gedir. Son hadisələr göstərir ki, beynəlxalq birlik separatizmə, terrorizmə qarşı birgə fəaliyyət göstərir. Hər hansı ölkənin torpağının işğal edilməsi və orada separatizmlə məşğul olması, narkotrafikdən istifadə edilməsinə beynəlxalq ictimaiyyət xüsusi reaksiya verməlidir". Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Fuad Muradov deyib.

O, AVRONEST Parlament Assambleyasının növbəti sessiyasında məsələnin qaldırılacağını bildirib:

“AVRONEST Parlament Assambleyasının komitə sədri kimi mən və nümayəndə heyətimiz dəfələrlə bu məsələni qaldırmışıq. Düşünürəm ki, bu istiqamətdə işlərimizi davam etdirməliyik. Məsələn, Ukraynanın ərazi bütövlüyünün pozulmasına reaksiya verildisə, 20 ildən artıqdır Azərbaycanda baş verən hadisələrlə bağlı mütləq oxşar addım atılmalıdır. Çünki iki ölkədə baş verən hadisələr arasında heç bir fərq yoxdur.

AVRONEST Parlament Assambleyasının sentyabrda sessiyası başlayacaq. Bu məsələdə qəti fikrimizi deyəcək və Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə çalışacağıq. Düzdür, biz sülh istəyirik, amma Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində lazımi addımlar atacağıq. Müharibə və itki olmasını istəməzdik, lakin Ermənistan bu illər ərzində atəşkəsi mütəmadi pozur və mülki insanlar xəsarət alıb, ölüblər. Bu, beynəlxalq təşkilatların müdafiə etdiyi insan haqlarının pozulmasının bariz nümunəsidir. Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsində NATO, ATƏT, Avropa Şurasında və digər beynəlxalq təşkilatlar qarşısında çıxış etməliyik. Bununla da Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi gündəmə gələcək”.

Millət vəkili sanksiyaların hansı istiqamətlərdə olmasına da aydınlıq gətirib.

“Mülki, hərbi cinayət törətmiş qrup, qondarma Dağlıq Qarabağa Respublikasına rəhbərlik edənlərin adları bəllidir. Böyük dövlətlərin nümayəndələrinin onlarla görüşünə qadağa qoyulmalıdır, ölkələrin qara siyahısında onların adları qeyd edilməlidir. Təəssüf ki, bəzi ölkələr hələ də Ermənistana maliyyə yardımı edir və bunun dayandırılmasına ehtiyac var. Həmçinin həmin şəxslərə qarşı cinayət işi açılmalıdır. Onların qarşısı alınmazsa, bu hadisələr Avropanın mərkəzində də müşahidə oluna bilər. Hesab edirəm ki, artıq Avropa ölkələri də bunun fərqindədir”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR