Rəsulzadə nəticələrinin gözü ilə: “Onun evinin yerində metro tikdilər”
Bizi izləyin

Nida.az

Rəsulzadə nəticələrinin gözü ilə: “Onun evinin yerində metro tikdilər”

ünki onların oxumaq imkanı olmayıb. Onlar mühacirət həyatı yaşayıblar, hər cür qorxu və çətinliklər içində. Yaşadığı çətin həyat onu gələcək həyatında dözümlü bir qadın kimi formalaşdırıb. O telefonçu işləyirdi. Nənəmlə babam savadsız olmalarına baxmayara


Onlar babalarını görməyiblər. Daha doğrusu, ulu babaları həyatdan köçəndə onlar hələ doğulmamışdı. Yalnız ailələrindən, atalarından, analarından eşidiblər Rəsulzadənin kim olduğunu. Əslində Rəsulzadə kim idi? 130 illiyini qeyd edəcəyimiz Məmməd Əmin Rəsulzadəyə onun nəticələri Əli Məmmədov və Əhməd Salamovun gözü ilə baxmağa çalışacağıq. Hər ikisi tələbədir, Əli Məmmədov Azərbaycan Memarlıq və İnşaat Universitetində, Ə. Salmanov isə Xarkov Dövlət İqtisad Universitetində təhsil alır. M. Ə. Rəsulzadənin nəticələri babaları haqqında düşündüklərini Publika.Az –a danışır.

-M. Ə. Rəsulzadənin nəticələri olaraq onu necə tanıyırsınız, evdə onun haqqında nələr danışıblar?

-Rəsulzadənin Azərbaycanın milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və kəşməkəşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri kimi taniyirıq! O, dahi şəxsiyyət olub. Sevmirəm onun nəticəsinin oğlu olduğumu deyəm. Təəssüf edirəm ki, əhalinin əksəriyyəti onu tanımır, tanıyanlar isə az məlumatlıdır. Məsələn, çoxları bilmir ki, Stalini Bakıda neft quyusunda batırmaq istəyirdilər, onunla tanış olan Rəsulzadə onu xilas etdi. Bu yaxşılığı unutmayan Stalin bolşeviklər tərəfindən tutulan dostu Rəsulzadəni xilas etdi. Stalin istəyirdi ki, Rəsulzadə Moskvada onunla birlikdə çalışsın, lakin onların siyasi baxışları fərqli olduğu üçün, Rəsulzadə uzaqlaşdı.

-Rəsulzadənin xatirə olaraq hansısa əşyaları qalıb?

-Çox təəssüf edirik ki, ona aid bizdə heç bir şey qalmayıb. Çünki o zaman bolşeviklər onu axtarırdılar və daima başqa-başqa yerlərə gedirdi. Həbs olunandan sonra bolşeviklər tərəfindən hətta ailə üzvləri də sürgün edildi. Buna görə də bu günə qədər ona aid xatirə olaraq heç bir əşya bizdə qalmayıb.

-Rəsulzadə haqqında ictimaiyyətə məlum olmayan hansısa informasiya varmı sizdə?

-Xeyir, demək olar ki, elə bir məlumatımız yoxdur.

-Rəsulzadə Azərbaycandan kənarda, Türkiyədə vəfat etdi. Yaxınlarından kimlər var idi onun yanında?

-Ankara universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən xəstə yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə “Azərbaycan… Azərbaycan… Azərbaycan…” deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22-45 dəqiqədə sabiq Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi. O vəfat edəndə bizim qohumlardan onun yanında heç kəs yox idi, yalnız ikinci həyat yoldaşı Vanda xanım var idi.

-Rəsulzadənin Türkiyədə silahdaşı olan Cəmil Ünal bu gün mənə müsahibsində bildirdi ki, Rəsulzadənin 1918-ci ildə qaldırdığı bayrağı, yəni özü ilə Türkiyəyə gətirdiyi bayrağı 1992-ci ildə Əbülfəz Elçibəyə veriblər. Qohumlarınızda həmin bayraqla bağlı hansısa məlumat varmı?

-O bayrağın hazırkı taleyi ilə məlumatsızıq, amma yəqin ki, Azərbaycandadır!

-Rəsulzadənin Bakıda yaşadığı ev olub. O evin taleyindən xəbəriniz varmı?

-Bəli xəbərimiz var. Rəsulzadənin Bakıda yaşadığı ev, indiki Nizami metrosunun yerləşdiyi yerdə olub, səhv etmirəmsə 70-ci illərdə Nizami stansiyasının tikilişi zamanı o ev sökülüb. Rəsulzadənin Bakının Novxanı kəndində doğulduğu ev isə hazırda uşaq bağçasıdır. Bəli, oranın uşaq bağçası kimi istifadəsi yaxşıdır, amma bu vaxta qədər ondan da gözəl, müasir standartlara cavab verən uşaq bağçası başqa yerdə tikilə bilərdi və o evdə muzey kimi fəaliyyət göstərə bilərdi. Təəssüf edirəm ki, o evdə Rəsulzadəyə aid heç nə qalmayıb.

-Hökumət Rəsulzadənin 130 illiyi ilə bağlı sərəncam imzalayıb. Bunu necə qiymətləndirirsiniz?

-Təbii ki, yüksək qiymətləndiririk, amma bu sərəncam çoxdan imzalanmalıydı. Düşünürəm ki, bu sərəncamın siyasi məqsədi var. Hesab edirik ki, bu görülən və görülməli olan işlərin çox az hissəsidir. İlk öncə Novxanıdakı doğulduğu evi onun muzeyi kimi görmək istərdik.

-Bu gün Rəsulzadə irsinə iddia edən siyasi partiyalar var. Onlardan kimsə sizin taleyinizlə maraqlanıbmı, yaxud əlaqə saxlayırlarmı?

-Şəxsən bizimlə heç kim maraqlanmayıb və heç kim də əlaqə saxlamayıb. Ola bilər ki, digər qohumlarla maraqlanıb əlaqə saxlayırlar.

-Rəsulzadənin nəsilindən olan insanlar bu gün əsasən hardadırlar və hansı işlərlə məşğuldurlar?

-Rəsulzadənin nəslindən olanlar əsasən Azərbaycanda yaşayırlar və onlar Azərbaycanımızın qorunması, müstəqilliyi və inkişafı üçün bir vətəndaş olaraq əllərindən gələni edirlər.

Mənim nənəm savadsız olub, çünki onların oxumaq imkanı olmayıb. Onlar mühacirət həyatı yaşayıblar, hər cür qorxu və çətinliklər içində. Yaşadığı çətin həyat onu gələcək həyatında dözümlü bir qadın kimi formalaşdırıb. O telefonçu işləyirdi. Nənəmlə babam savadsız olmalarına baxmayaraq, övladlarına təhsil verməklə onlara gözəl bir həyat bəxş etmişdilər. Beş övladından 4-ü ali təhsil almışdı. Rəsulzadə nəsli əsasən ziyalılardan ibarətdir, başda Rəis Rəsulzadə olmaqla. O çox gözəl pedaqoq və gözəl rəssamdır. O mənə qısa zamanda rəssamlığın ən çətin sirlərini öyrətdi. Biz Rəsulzadə nəsli olduğumuz üçün, bizim nəslin özünə məxsus adət və ənənəsi var. Ali təhsil almaq və savadlı olmaq.

-Nəslinin daha hansı özünəməxsus adətləri var?

-Təhsil almaqdan başqa digər adətlərimiz də var. Tariximizi nəslin hər bir nümayəndəsi çox gözəl bilməlidir. Böyüklərə hörmət, kiçiklərə yardım etmək, yalan danışmamaq və dürüst olmaq. Həmçinin dözümlü olmaq. Biz böyüklərimizi tez-tez ziyarət edib daima bir-birimizdən xəbərdarıq, biz bayramlarda nəslin yaşıllarının görməyə gedirik və belə tədbirlərdə tez-tez bir yerə yığışırıq. Ən böyük adətlərimizdən biri də böyüklərimizdən bizə keçən heç kəsin qarşısında baş əyməməkdir.

-Dözümlü olduğunuzu deyirsiniz. Rəsulzadə də uzun yol keçib və bu yolu ancaq dözümlü olduğuna görə gedə bilib.

-Bəli, bu bizdə irsidir. Dözümlülük bizim qanımızdadır. Bildiyiniz kimi, Rəsulzadə çox böyük bir əziyyətli yol keçib, amma o çətinliklər onu əyə bilməyib. Onu fikirlərindən, ideyalarından döndərə bilməyib. Yəqin ki, biz onun nəslindən olduğumuz üçün bizə də ondan keçib.

-Özünüz hansı fəaliyyət göstərirsiniz?

-Hələ ki, tələbəyəm, təhsil alıram. Bu sahəni özüm seçmişəm, çünki çox yaradıcı və maraqlı işdir. Gələcəkdə isə magistraturanı xaricdə oxumaq istərdim.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm