Putin İlham Əliyev və Serj Sərkisyanla görüşəcək
Bizi izləyin

Nida.az

Putin İlham Əliyev və Serj Sərkisyanla görüşəcək

Vladimir Putin Soçidə İlham Əliyev və Serj Sərkisyanla görüşəcək. Bunu İTAR-TASS-a müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov bildirib ki, həftəsonu Soçidə Rusiya prezidentinin Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayrı görüşləri nəzərdə tutulub: “Onlar eyni vaxtda bir yerdə olanda, güman ki, Dağlıq Qarabağ haqqında söhbətsiz keçinmək mümkün olmayacaq. Lakin bunun necə təşkil olunacağı özümüzdən asılıdır. Əlbəttə ki, azərbaycanlı və ermənistanlı tərəfdaşlarımızla ATƏT-in Minsk qrupu tərəfindən etimad mühitinin möhkəmlənməsi və münaqişə risklərinin azaldılmasına necə yardım edə bilməyimizi müzakirə edəcəyik”.

Lavrov prezidentlərin üçlükdə də görüşəcəyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm