YAP-çı gənclərdən ABŞ-a etiraz
Bizi izləyin

Nida.az

YAP-çı gənclərdən ABŞ-a etiraz

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Los-Anceles Şəhər Şurasının 15 üzvünün hər birinin email ünvanına yüzlərlə Qarabağ həqiqətlərindən, erməni cinayətlərindən bəhs edən linklər, mətnlər və şəkillər göndərib


YAP Gənclər Birliyi Los-Anceles Şəhər Şurasının Qondarma Dağlıq Qarabağ Respublikasında yaradılmış Arsax Respublikasını tanımasına etiraz edib. YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan Publika.Az -a bildirib ki, bu qərara etiraz olaraq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Los-Anceles Şəhər Şurasının 15 üzvünün hər birinin email ünvanına yüzlərlə Qarabağ həqiqətlərindən, erməni cinayətlərindən bəhs edən linklər, mətnlər və şəkillər göndərib.

“Bu gün başladılan bu email aksiyada beş yüzdən artıq YAP Gənclər Birliyinin üzvləri iştirak edib. Bu kampaniyanı müntəzəm şəkildə davam etdirəcəyik. Bu Azərbaycana qarşı ədalətsizlikdir. Los-Anceles Şəhər Şurasının üzvü olan erməni əsilli Paul Qreqorianın səyi nəticəsində verilən bu qərardan təəssüf hissi keçiririk”-deyə bildirib.

Qeyd edək ki,ABŞ-ın Kaliforniya Ştatının Los Anceles şəhər şurası digər dövlətləri də Dağlıq Qarabağın “müstəqilliyini” tanımağa səsləyib. Ondan əvvəl isə

Kaliforniya ştatında erməni soyqırımının 7-12-ci siniflər arasındakı dərsliklərə salınması qəbul olunmuşdu.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm