Kasprşikin Tərtərdə monitorinq istəyinin pərdəarxası - Ekspert
Bizi izləyin

Nida.az

Kasprşikin Tərtərdə monitorinq istəyinin pərdəarxası - Ekspert

“Anjey Kasprşik ATƏT-in Minsk Qrupu kimi bivec bir qurum yaradılandan bu günə kimi baş girələməklə məşğuldur”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə hərbi ekspert Üzeyir Cəfərov öz Feysbuk səhifəsində çıxış edib.

O, Anjey Kasprşiki Ermənistanın “diversantı” adlandırıb:

“Səfir Anjey Kasprşiklə şəxsi tanışlığım var. Onunla bərabər həm İrəvana, həm də işğal altındakı ərazilərimizə birgə səfərdə olmuşuq. Əvvəllər mən onu obyektiv bir diplomat kimi tanıyırdım. Sonradan isə onun haqqında o qədər də xoş olmayan məlumatlar əldə edəndə və onun işğalçı ilə işğala məruz qalan arasında fərq qoymadığını görəndə bu şəxsə qarşı fikirlərim dəyişdi. Demək olar ki, bu şəxs ATƏT-in Minsk Qrupu kimi bivec bir qurum yaradılandan bu günə kimi baş girələməklə məşğuldur. İndi isə qısaca onu deyim ki, onun son hadisələrlə bağlı verdiyi bəyanatla etdiyi hərəkət arasında çox böyük uyğunsuzluq var. Fikir verin onun sözlərinə. "Mandatıma uyğun olaraq gərginliyin azaldılması üçün tərəflərlə sıx əlaqədə çalışmağa davam edəcəyəm”. Və əməli. Deməli, bu adam ötən həftə Xocavənddə keçirilən monitorinq başa çatar çatmaz, cumub Tərtər rayonuna ki, mən burda monitorinq keçirəcəyəm. MN-nin yerlərdəki nümayəndələri bu Kaspşikə başa salıblar ki, ay hörmətli səfir, siz nə əcəb belə narahatsız ki, bizim ərazimizdə plansız-filansız, tez-tələsik vəziyyətlə maraqlanırsınız? İndi gəl adam bu ermənifason hərəkətə görə ATƏT adı altında burda fəaliyyət göstərən diplomat haqqında tamam başqa şeyləri ağlına yaxın buraxmasın? Bunun sadə adı var. Burdakı vəziyyəti detallarına kimi öyrənib İrəvandakı “yan”lara ötürmək. Əgər bunun başqa adı varsa, eşitməyə hazıram. Mənə maraqlı gələn o oldu ki, niyə Müdafiə Nazirliyimizin rəhbərliyi bu polşalı "diversantın özbaşınalığını" Xarici İşlər Nazirliyi vasitəsiylə ATƏT rəhbərliyinin diqqətinə çatdırmayıb?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm