• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Soçi görüşü mümkün qiyamın yatırılması üçün Moskvaya lazımdır”– İddia

  • Nida.az
  • 5 Avqust 2014 17:33
  • 1 999 Baxış
“Soçi görüşü  mümkün qiyamın yatırılması üçün Moskvaya lazımdır”– İddia

“Payızda Serj Sarkisyanın istefasına hazır olmaq lazımdır, çünki Ermənistan ordusu və Dağlıq Qarabağda Rusiyanın siyasətindən narazılıq var”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri erməni publisisti Zarui Ovannisyan ölkə mediasına müsahibəsində deyib.

O, Rusiyadan olan narazılığı bu ölkənin Azərbaycana silah satması ilə izah edir: “Moskva Azərbaycana kütləvi qırğın silahları satır. Serj Sarkisyan ordu və Dağlıq Qarabağın təzyiqi altında ilk dəfə Argentina səfərində bu fakta narazılığını bildirdi. Əgər Sarkisyan Ermənistan və Dağlıq Qarabağın maraqlarına söykənən addımlara təşəbbüs etməzsə, onun istefası üçün bütün ilkin şərtlər yaranacaq”.

Erməni publisisti Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçiriləcək görüşündə Rusiyanın Qarabağ prosesinə öz təsirinin nümayiş etdirməyə çalışacağını bildirib: “Bu, Rusiya üçün çox əhəmiyyətlidir. Çünki, Putinə Ukrayna cəbhəsində məğlubiyyətdən sonra Cənubi Qafqazda gücü və təsiri nümayiş etdirməli olacaq. Bu, Rusiyada daxili tələbatın təmin olunması və mümkün qiyamın yatırılması üçün lazımdır”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR