Əkrəm Əylisi sərt danışdı: “Elə şeylər baş verdi ki...”
Bizi izləyin

Nida.az

Əkrəm Əylisi sərt danışdı: “Elə şeylər baş verdi ki...”

Mənə elə gəlir ki, bir ayağı siyasətdə olanların bir ayağı Ziyalılar Forumunda olması alınmaz. Ziyalı sifətini yüz dəfə dəyişə bilməz axı.

“Siyasi məqsədini bəyan etmiş adamların Ziyalılar Forumunda yenidən cəmləşməyi forumda sağlam ab-hava yarada bilməz. Mənə elə gəlir ki, bir ayağı siyasətdə olanların bir ayağı Ziyalılar Forumunda olması alınmaz. Ziyalı sifətini yüz dəfə dəyişə bilməz axı”.

Bu barədə Ziyalılar Forumun üzvü, qalmaqallı “Daş yuxular” əsərindən sonra kölgəyə çəkilmiş Əkrəm Əylisi Publika.Az –a açıqlamasında deyib. Onun sözlərinə görə, Milli Şuradan xeyli nüfuzlu olan Ziyalılar Forumunda təmsil olunana bir çoxları enerjilərini birinciyə xərclədikləri üçün hazırda forum fəaliyyətsizdir. Əvvəlcə sözü bir yerə qoymuşduq ki, siyasətlə yox, ictimaiyyətdə baş verən hadisələr, vacib bildiyimiz əxlaqi-mənəvi məsələlərlə məşğul olaq. Yenicə işə başlamışdıq ki, ordakıların bir qismi siyasətə qoşuldu. Nizamnamədə isə siyasət məsələsi yox idi. Biz ölkədə ziyalıların birləşməsi, hakimiyyətə gəlmək yox, müxalifətlə iqtidar arasında körpü olmaq istəyirdik. Lakin sonradan elə şeylər baş verdi ki, onları dərk etməkdə aciz qaldım. Deyə bilmirəm ki, forum yenidən fəaliyyət göstərəcək. Bizə səmimi etimadları olan insanlar yenidən Ziyalılar Forumuna qatılacaqmı? Bunu bilmirəm. Əgər forum yenidən aktivləşəcəksə siyasətdən uzaq olmalıdır”.

Ə. Əylisi qeyd edib ki, artıq Rüstəm İbrahimbəyov siyasətdən gedib. Onun sözlərinə görə, siyasətdən daha vacib işlər də var.“İnanmıram ki, o daha siyasətə qayıtsın. Rüstəm müəllim uşaq deyil. Gördü ki, güclü müxalifət yaratmaq mümkün deyil, çıxıb getdi. Bunu görən kimsə yenidən qayıtmaz”-deyə o diqqətə çatdırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm