Jirinovski Soçi görüşündən danışıb nala-mıxa vurdu - Video
Bizi izləyin

Nida.az

Jirinovski Soçi görüşündən danışıb nala-mıxa vurdu - Video

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu baş verən son toqquşmalardan və prezidentlərin Soçidə gözlənilən görüşündən danışıb.

Virtualaz.org saytı xəbər verir ki, Jirinovski “Vestnik Kavkaza” kanalına müsahibəsində deyib: “Ancaq bir çıxış yolu var: Rusiya dövlətinin başçısının mövqeyi. Həm Kiyev üçün, həm Bakı, həm Yerevan üçün . Biz bütün variantları, ssenariləri müzakirə edə bilərik. Ancaq müharibə və xarici siyasət məsələsi ancaq bir adamın- bizim dövlətimizin başçısının əlindədir. Biz müharibə istəmirik, istəmirik ki, azərbaycanlılar, ermənilər həlak olsun. Ancaq müharibə olmadan sülh əldə etmək də mümkün olmur. Hər yerdə belədir. Suriyada, İraqda, Sudanda.... İkinci Dünya müharibəsinin başa çatmasından 70 il sonra bütün dünya qan içindədir. Ukrayna, Gürcüstan, Azərbaycan, Ermənistan. Bütün bunlar pisdir. Ancaq dünyada sülhün açarı ancaq bir adamın-Rusiya prezidentinin əlindədir. Yüz il qabaq da belə olub, indi də belədir”.

Jirinovski deyib ki, Azərbaycanda əldə olunmuş rifahı korlamağa heç kim imkan verməyəcək. Onun fikrində prezidentlər üçlükdə oturub danışacaqlar. “Onların hər üçünü rus dili birləşdirir, Azərbaycan prezidenti İlham Əliyev rus dilində əla danışır, dünyanın ən nüfuzlu institutunu-MQİMO-nu bitirib. Atası görkəmli adamdır, Heydər Əliyevdir. Mən onu şəxsən tanıyırdım. O, böyük azərbaycanlıdır, bizim hamımızın simpatiyasını qazanmışdı. Ona görə də onlar üçlükdə oturub razılığa gələcəklər, bu razılaşmanın qarantı isə Kreml, Rusiya olacaq” deyə Jirinovski nitqini yekunlaşdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm