Nida.az
Müdafiə Nazirliyi: “Bütün hava məkanı Hərbi Hava Qüvvələrimizin tam nəzarəti altındadır”
Ermənistan Respublikası kütləvi informasiya vasitələrinin Dağlıq Qarabağ ərazisi üzərində guya ermənilərə məxsus hərbi təyyarələrin qoşunların təmas xətti boyunca uçuşlar keçirməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və bu, məqsədyönlü dezinformasiya xarakteri daşıyır.
Müdafiə Nazirliyi bildirir ki, ölkəmizin bütün hava məkanı Hərbi
Hava Qüvvələrimizin tam nəzarəti altındadır.
Beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının
qərarlarına əsasən, işğal olunmuş ərazilər üzərində bütün
aviauçuşlara qadağa qoyulduğundan bu ərazilərdə həyata keçirilən
razılaşdırılmamış uçuşlar ölkəmizin hava sərhədlərinin pozulması
kimi qiymətləndiriləcək. Hava sərhədlərimizi pozanlara qarşı zərbə
endirmək üçün Azərbaycan Hərbi Hava Qüvvələri ən müasir vasitələrə
malikdir.
Belə hal baş verərdikdə həmin hava hədəfləri Azərbaycan Respublikasının hərbi aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal məhv ediləcəkdir.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?