Rusiyadan cəbhədəki gərginliklə bağlı rəsmi açıqlama
Bizi izləyin

Nida.az

Rusiyadan cəbhədəki gərginliklə bağlı rəsmi açıqlama

Son günlər Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginlik rəsmi Moskvanın narahatlığına səbəb olub.

Son günlər Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginlik rəsmi Moskvanın narahatlığına səbəb olub.

Rusiya mətbuatının məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi tərəfləri vəziyyəti sabitləşdirmək üçün tədbirlər görməyə çağırıb:

"Dağlıq Qarabağ münaqişəsi ərazisində vəziyyətin gərginləşməsindən narahatıq. Son günlər sərhəddə və təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçular arasında ölənlər var. Dinc sakinlər arasında yaralananların olduğu bildirilir. Hesab edirik ki, gələcəkdə gərginliyin artması halında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi üçün mənfi nəticələr qaçılmaz olacaq. 2013-cü il noyabrın 19-da Vyanada Azərbaycan-Ermənistan sammitində əldə edilmiş razılaşmaların həyata keçirilməsini çətinləşdirə bilər.

Münaqişə tərəflərini vəziyyətin sabitləşdirilməsinə yönəldilmiş əlavə tədbirlər görməyə çağırırıq. Bu tədbirlər sırasına 1995-ci il 4 fevral tarixli atəşkəs rejiminin möhkəmləndirilməsi haqqında razılaşmada nəzərdə tutulmuş mexanizmlərin işə salınması da daxildir". /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm