Elçibəy hansı jurnalistin ona böhtan atdığını deyib? - VİDEO
Bizi izləyin

Nida.az

Elçibəy hansı jurnalistin ona böhtan atdığını deyib? - VİDEO

Həmin görüşlərin birində Xədicə İsmayıl Elçibəyə sual verdi ki, siz Naxçıvandansınız, Fazil Mustafa da Naxçıvandandır. Deyirlər ki, buna görə siz Fazil Mustafanı müdafiə edirsiniz, Əli Kərimlini isə yox. Əüblfəz bəy bunu özünəməxsus formada qarşıladı. Ded

“Xadicə İsmayıl Əbülfəz Elçibəyi yerlibazlıqda ittiham edirdi”. Bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Publika.Az –a açıqlamasında deyib. BAXCP yetkinlisi qeyd edib ki, Ə. Elçibəy sağlığında ayda bir dəfə Bütöv Azərbaycan Birliyində gündəm mövzularla bağlı jurnalistlərlə görüş keçirirdi: “Həmin görüşlərin birində Xədicə İsmayıl Elçibəyə sual verdi ki, siz Naxçıvandansınız, Fazil Mustafa da Naxçıvandandır. Deyirlər ki, buna görə siz Fazil Mustafanı müdafiə edirsiniz, Əli Kərimlini isə yox. Əüblfəz bəy bunu özünəməxsus formada qarşıladı. Dedi ki, məni sovet vaxtından indiyə qədər bir çox məsələlərdə ittiham etmişdilər, üstümə şər-böhtan atmışdılar. Bircə regeionçuluq böhtanı atılmamışdı. Bu böhtanı da siz atdınız”.

N. Orduxanlı bildirib ki, bu, həmin illərin mətbuatında var, istəyən araşdırıb tapa bilər.“Əli Kərimlinin Elçibəyə o qədər dərin nifrəti var idi ki, jurnalistlərini buna kökləmişdi, eyni olaraq indiki kimi. Bu adamın təfəkkürü belədir. Bir nəfərə qarşı asi kəsilibsə, o adam salam belə verən hər kəsə düşmən kimi baxır”-deyə N. Orduxanlı bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm