Nida.az
“Qarabağ ətrafındakı beş rayon Azərbaycana qaytarılır” – Şok iddia
Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə görüşü baş tuta bilər. Rusiya prezidentinin azərbaycanlı və erməni həmkarları ilə görüşəcəyi isə dəqiqdir.
Görüş ərəfəsində cəbhədəki vəziyyət isə kritik olaraq qalır. Müxtəlif ölkələrdən olan ekspertlər yeni müharibənin başlanma ehtimalını yüksək qiymətləndirirlər.
Publika.az-xəbər verir ki, Rusiyanın “Nezavisimaya qazeta” nəşri cəbhədəki gərginlik fonunda prezidentlərin mümkün görüşünü şərh edib.
Nəşr yazır ki, snayper atəşləri dayanmır, tərəflər mütəmadi
olaraq aviasiya gücünü nümayiş etdirir. Böyük Britaniyanın Müharibə
və Sülh Araşdırmaları İnstitutunun Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Şahin Rzayev prezidentlərin görüşünü şərh edərkən deyib ki,
tərəflər arasında yeni razılaşma hazırlana bilər: “İlin sonuna,
yaxud da gələn ilin əvvəlinə kimi prezidentlərin danışıqlarında
sıçrayış gözləməyə dəyər. Bu sıçrayış ərəfəsində tərəflərin hər
biri öz mövqeyini gücləndirməyə çalışır”.
Onun fikrincə, prezidentlərin görüşündə müzakirəyə çıxarılacaq
sənəd, demək olar ki, hazırdır.
“Tərəflərin hər biri əlverişli mövqe tutmağa çalışır ki,
danışıqlarda verəcəkləri qurban daha ağrısız olsun. Əgər yayılan
informasiyalara inansaq, o zaman Qarabağ ətrafındakı yeddi rayonun
beşi Azərbaycana qaytarılır. İki rayonun taleyi isə həll olunmamış
qalır”,- deyə o bildirib.
“Nezavisimaya qazeta” nəşri hesab edir ki, əgər prezidentlər
Soçidə münaqişənin həlli üzrə hansısa praktiki hərəkətlərə nail
olmasalar, o zaman təmas xəttindəki gərginliyin artması qaçılmaz
olacaq. Nəşr qeyd edir ki, hər iki tərəfdə ümumi ab-hava müharibəyə
köklənib. “Müharibənin başlanması üçün ümumi şərait yetişib. Əgər
Soçi görüşü vəziyyəti yumşaltmasa, müharibə başlaya bilər. Bu
gözləniləndir”, - nəşr qeyd edib.
Asif Nərimanlı
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK