• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Müdafiə Nazirliyi: “... ordumuz İrəvanı yerlə yeksan etməyə hazırdır”

  • Nida.az
  • 8 Avqust 2014 12:56
  • 1 336 Baxış
Müdafiə Nazirliyi: “... ordumuz İrəvanı  yerlə yeksan etməyə  hazırdır”

Ermənistan Respublikasının Müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi fikrə cavab olaraq bildiririk ki, əgər belə bir hadisə baş verərsə, Silahlı Qüvvələrimizin cavabı dərhal və layiqli olacaqdır.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Silahlı Qüvvələrimiz işğal olunmuş rayonlarımızda və Ermənistan Respublikasının ərazisində yerləşən düşmənin bütün hərbi obyektlərinə zərbə endirmək imkanlarına malikdir.

Ermənistan tərəfindən Mingəçevir Su Elektrik Stansiyasına qarşı hər hansı təxribat cəhdləri baş verərsə, erməni xalqı bilməlidir ki, bunun cavabı onlar üçün daha acınacaqlı olacaqdır.

Müdafiə Nazirliyi bəyan edir ki, raketləri Ermənistan Respublikası istiqamətində tuşlamış ordumuz düşmən ölkənin paytaxtı İrevan şəhərini belə yerlə yeksan etmək əmrini icra etməyə hazıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR