QHT rəhbəri Leyla Yunusun kimin adamı olduğunu açıqladı
Bizi izləyin

Nida.az

QHT rəhbəri Leyla Yunusun kimin adamı olduğunu açıqladı

“Leyla Yunusun həbsinə Qərbin bu şəkildə reaksiyası onların ikili standart siyasətini açıq şəkildə ortaya qoydu”.

Publika.az-a bu sözləri İnsan Hüquqları-XXI əsr Azərbaycan Fondunun rəhbəri Şahin Camalov deyib.

Onun sözlərinə görə, Avropa, ümumilikdə Qərb Azərbaycana qarşı qərəzli siyasət yürüdür:
“Azərbaycana təzyiq göstərmək ölkənin daxili işinə qarışmaqdır. Leyla Yunus məsələsində də biz bunu aydın gördük. Qərb səfirliklərinin onu gizli şəkildə hava limanına aparması, Fransada 5 illik vizanın iki saata təmin olunması da buna sübutdur. Bütün bunlar Azərbaycana qarşı olan qısqanclıqdan irəli gəlir. Azərbaycanın nailiyyətləri bu dövlətlərin heç birinin maraq dairəsində deyil. Baxmayaraq ki, onlar özlərini Azərbaycanın inkişafında guya maraqlı olduqlarını göstərməyə çalışırlar, amma belə deyil. Biz bunun hər gün şahidi oluruq. Hesabatlarda, qərəzli mövqelərdə biz bunu görürük”.

Ş.Camalov bildirib ki, L.Yunusun həbs olunmasına reaksiya verən ABŞ və Avropa dövlətləri Xocalıda yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsinə reaksiya vermir: “Azərbaycanın son günlərdə ermənilərin təcavüzü nəticəsində verdiyi şəhidlərə heç bir ciddi reaksiya verilmir. Hesab edirəm ki, bütün bunlar yolverilməzdir”.

QHT rəhbəri qeyd edib ki, L.Yunus Qərbin adamıdır. “Leyla Yunusu maliyyələşdirib Azərbaycan dövlətinə qarşı istifadə edirlər. Bu baxımdan onun müdafiə edilməsində də təəccüblü heç nə yoxdur, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm