“Qərb aşkar olunmuş casusunu müdafiə edir”
Bizi izləyin

Nida.az

“Qərb aşkar olunmuş casusunu müdafiə edir”

“Qərb Leyla Yunusun müdafiəsinə qalxması hüquq müdafiəçisinin qorunması yox, aşkar olunmuş casusun müdafiəsidir”.

Publika.az-a açıqlamasında bu sözləri Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirli deyib.


Onun sözlərinə görə, Qərb demokratiya pərdəsi altında öz maraqlarının həyata keçirir: “Bu vaxta qədər həmin Qərb bir milyon məcburi köçkün və qaçqının pozulan hüquqları barədə bir dəfə də olsun prinsipial mövqe nümayiş etdirməyib. Erməni təcavüzünü bir dəfə də olsun gündəmə gətirməyib. Amma Leyla Yunusla bağlı əl-ayağa düşüblər. Çünki, Leyla Yunus Qərbin diversiya qrupunun üzvüdür. Bu müdafiə də bir növ aşkar olunmuş casusun müdafiəsidir”.

QHT rəhbəri bildirib ki, Qərb Azərbaycan dövlətinə qarşı ölkə daxilində pula meyilli insanları seçir: “Yəni, Qərbə elə insanlar lazımdır ki, puldan başqa heç nəyi düşünməsin. Leyla Yunus da belə adamdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm