• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sabah İlham Əliyevlə Putin Soçidə görüşəcək

  • Nida.az
  • 8 Avqust 2014 14:47
  • 1 296 Baxış
Sabah İlham Əliyevlə Putin Soçidə görüşəcək

Avqustun 9-da Soçidə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla ikitərəfli görüş keçirəcək. Bu barədə Publika.az Kremlin rəsmi saytına istinadən məlumat verir.

İ.Əliyev ilə görüşdə Rusiya-Azərbaycan əməkdaşlığının daha vacib məsələlərinin müzakirəsi, ilk növbədə, energetika, investisiya və regionlararası kooperasiyalar sahəsində qarşılıqlı maraq doğuran perspektivli layihələrin irəlilədilməsi üzrə birgə addımların razılaşdırılması planlaşdırılır.

S.Sarkisyan ilə görüşdə isə iki ölkə arasında siyasi, ticari-iqtisadi və humanitar əlaqələrin gələcək inkişafı üzrə fikir mübadiləsi aparılacaq. Ermənistanın Avrasiya İqtisadi İttifaqı müqaviləsinə qoşulması prosesinə xüsusi diqqət ayrılacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR