“Ermənistanı çətin qış gözləyir”- İrəvan təlaş içindədir
Bizi izləyin

Nida.az

“Ermənistanı çətin qış gözləyir”- İrəvan təlaş içindədir

Qərbin Rusiyaya qarşı sanksiyaları Ermənistan iqtisadiyyatını çökdürə bilər. Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətləri də Qərbin sanksiyalarına məruz qalıb.

Xüsusilə erməni bazarında inhisarçı şirkətlər kimi tanınan “Qazprom” və “Rosneft” şirkətləri, eləcə də “VTB” bankı hədəfə alınıb. Rusiya isə sanksiyaların ölkə iqtisadiyyatına təsir etməyəcəyini bildirir.

Publika.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, nüfuzlu iqtisadçı, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan fərqli düşünür.

O, sanksiyaların Rusiya şirkətləri və bankları tamamilə ağuşuna aldığını qeyd edib. Keçmiş baş nazir hesab edir ki, Rusiyaya qarşı sanksiyaların mənfi təsiri yaxın illərdə Ermənistan iqtisadiyyatında da hiss olunmağa başlayacaq: “Rusiyanın iqtisadi çöküşü Qərbin sanksiyaları ilə daha da sürətlənəcək. Bu isə Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətlərinə təsir edəcək və Ermənistan iqtisadiyyatı bundan zərər çəkəcək. Ən ciddi zərbə isə rus banklarının Ermənistana kredit verməyini dayandırması ilə müşahidə oluna bilər”.

Müxalifətçi "İrs” partiyasının təmsilçisi, politoloq Stepan Safaryan ABŞ-ın Ermənistandakı səfirinin İrəvana xəbərdarlığını xatırladıb. Səfir bildirmişdi ki, Ermənistandakı rus şirkətləri sanksiyalara məruz qalsa, bundan Ermənistan da əziyyət çəkəcək.

“İllər boyu Ermənistanda ağıllı insanlar iqtisadiyyatı difersifikasiya etməyə çağırsa da, bu baş vermədi. Əksinə, Ermənistanın Rusiyadan asılılığını daha da artdı. Buna görə də belə vəziyyətdə manevr etmək imkanı olduqca çətindir. Ermənistanı çətin illər gözləyir. Çünki Rusiyanın Ermənistanda 1300-dən çox şirkəti var və bunların əksəriyyəti sanksiyalara məruz qalacaq. Nəticədə Ermənistan iqtisadiyyatı zərər görəcək”, - deyə erməni politoloq qeyd edib.

S. Safaryan hesab edir ki, Ermənistanı çətin payız və qış gözləyir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm