İran prezidenti Azərbaycana gəlir
Bizi izləyin

Nida.az

İran prezidenti Azərbaycana gəlir

İranın rabitə və informasiya texnologiyaları naziri, həmçinin Azərbaycan və İran arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyanın həmsədri Mahmud Vaezi iki ölkənin hökumətinin İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinin hazırlığına başladığını bildirib.

ANS PRESS-in məlumatına görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri bu ilin payızına nəzərdə tutulub.

Vaezi qeyd edib ki, tərəflər iki ölkənin işgüzar dairələrinin daha çox sıx əməkdaşlığı üçün uyğun olan şərtlərin yaradılması üzrə işi həyata keçirir və investisiyaların qarşılıqlı müdafiəsi haqqında razılaşmanın yeni layihəsini hazırlayır.

Nazir, həmçinin ən yaxın aylara planlaşdırılmış hökumət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri haqqında bildirib.

Xüsusi halda, Azərbaycana səhiyyə naziri və İranın gömrük idarəsinin başçısı də baş çəkməyə hazırlaşır. İrana cavab səfərini Azərbaycanın iqtisadiyyat və sənaye naziri edəcək.

Vaezi əlavə edib ki, İran tərəfi Azərbaycan-İran ticarət palatasının yaradılması haqqında təkliflə çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm