• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Danışıqlar nəticə verməsə...

  • Nida.az
  • 8 Avqust 2014 23:42
  • 1 434 Baxış
Danışıqlar nəticə verməsə...

Sabah Rusiya Prezidenti Vladimir Putinin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü gözlənilir.

ANS TV-nin məlumatına görə, həmin gün Putin Ermənistan prezidenti Serj Sarkisyanla da görüşəcək. Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya və Azərbaycan prezidentlərinin görüşündə ikitərəfli əməkdaşlığın ən vacib məsələlərinin müzakirəsi, xüsusən enerji, investisiyalar və regionlararası kooperasiya sahəsində qarşılıqlı faydalı layihələrin inkişafı üçün birgə addımların razılaşdırılması planlaşdırılır. Ən vacib məsələ Qarabağ danışıqlarıdır. 3 tərəfli görüşün baş tutub-tutmayacağı Putinin ikitərəfli danışıqlarından sonra məlum olacaq.

Görüş təşəbbüsü təmas xəttində baş verən gərginlikdən sonra Rusiya prezidentindən gəlib. Bir həftə əvvəl Ermənistan diversiya qruplarının təxribatı nəticəsində Azərbaycan ordusu 14 şəhid verib, qarşı tərəf qat-qat artıq itki ilə üzləşib. Cəbhədəki gərginlik bir anda böyük dövlətlərin, NATO, BMT kimi beynəlxalq təşkilatların diqqətini bölgəyə yönəltdi, sülhə çağırışlar edildi. Sülh danışıqları isə 20 ildir nəticə vermir, münaqişənin həllilə bağlı qətnamələr icra edilmir.

Son gərginlik fonunda ön cəbhəyə baş çəkən Ali Baş Komandan İlham Əliyev daha sonra Ağdam ictimaiyyəti qarşısında çıxışında müharibənin ikinci mərhələsinin başlamasını istisna etməyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib ki, danışıqlar yolu nəticə vermir: “Hələ ki, müəyyən ümidlər var. Yaxın vaxtlarda bəzi görüşlər nəzərdə tutulur, baxarıq görərik, necədir vəziyyət. Ancaq ermənilər bilməlidirlər ki, bu məsələ belə davam edə bilməz”.

Ali Baş Komandan vurğulayub ki, danışıqlar nəticə verməzsə, Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad edəcək. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR