“Milli Şuraya sədr seçilməsi onun xidmətlərinə verilən qiymət idi” – YAP-çı millət vəkili
Bizi izləyin

Nida.az

“Milli Şuraya sədr seçilməsi onun xidmətlərinə verilən qiymət idi” – YAP-çı millət vəkili

“Bu sərəncamla Rəsulzadənin 130 illiyinin keçirilməsini təmin etmək məqsədilə, Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş təd

“Məmməd Əmin Rəsulzadə XX əsrin əvvəlində Azərbaycanda milli fikrin oyanmasında, müstəqillik ideyalarının yayılmasında xidmətləri olan görkəmli ziyalılardan biridir. Onun siyasi fəaliyyəti, mətbuatda analitik yazıları azərbaycançılığın formalaşmasında əhəmiyyətli rol oynayıbdır. O dövrün görkəmli ictimai-siyasi xadimləri, nüfuzlu insanları ilə birlikdə o xalqın inkişaf yolunu daima axtarıb”.

Publika.Az xəbər verir ki, bu barədə YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 ilinin tamam olması ilə bağlı deyib. Millət vəkili qeyd edib ki, onun Azərbaycan sevər ziyalılarla birgə fəaliyyəti çətin 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının elan edilməsinə və dövlətçiliyin möhkəmlənməsinə gətirib çıxarıb: “Onun ilk Milli Şuraya sədr seçilməsi də onun xidmətlərinə verilən qiymət idi. Sonradan rəsmi hakimiyyətdə olmasa da Rəsulzadə ADR-də söz sahibi olan şəxslərdən idi və quruculuğa öz töhfəsini verirdi. ADR-in süqutundan sonra onun mühacirətdə müstəqil Azərbaycan ideyalarının qoruyub saxlaması uğrunda mübarizə aparması indiki nəsillər tərəfindən unudulmur”.

22 noyabr 2013-cü ildə Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinin keçirilməsi haqqında imzaladığı sərəncama toxunanan A. Mirzəzadə bildirib ki, bu sərəncamda Prezident Rəsulzadəni “xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim” adlıandırıb.

“Bu sərəncamla Rəsulzadənin 130 illiyinin keçirilməsini təmin etmək məqsədilə, Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməsi həvalə edilib”-deyə o diqqətə çatdırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm