Nida.az
Amerikalı həmsədr: “Dağlıq Qarabağ daha dondurulmuş münaqişə deyil...”
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibə verib.
Publika.az xəbər verir ki, həmsədr Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə gözlənilən mümkün görüşünü vəziyyətin yumşalması istiqamətində ilk addım hesab edir.
“Təəssüf ki, regionda olan toqquşmalar münaqişənin dondurulmadığını göstərir. Münaqişədə ölmüş, yaxud yaralı əsgərin ailəsinə necə izah etmək olar ki, münaqişə dondurulub? İndiki vəziyyət bizi son dərəcədə narahat edir və şübhəsiz ki, vəziyyətin yumşaldılması istiqamətində dərhal tədbir görmək lazımdır. Soçidə prezidentlərin mümkün görüşü bu istiqamətdə ilk addımdır və biz ümid edirik ki, bu görüş müsbət irəliləyişə mane olan bəyanatlara son qoyacaq”, - həmsədr bildirib.
C. Uorlik tərəflərin sülh danışıqları aparmağa hazır olduğunu düşünür. Onun sözlərinə görə, prezidentlər belə bir prosesin başlanmasında maraqlıdır: “Biz də bunun üçün əlimizdən gələni etməliyik. Lakin hər şeydən öncə yenə də prezidentlərin hazırlığı lazımdır. Bizim prosesin gələcək inkişafı barəsində böyük gözləntilər var. Heç bir tərəf zəif görünmək istəmir, amma biz əminik ki, müharibə yox, sülh danışıqları lazımdır”.
Amerikalı həmsədr Rusiyanın münaqişənin davam etməsində maraqlı
olması haqda sualı cavablandırarkən deyib ki, sərhədlərində xeyli
problem olan Moskva yeni münaqişələr istəmir.
“Biz Rusiya tərəfi ilə effektiv formada işləyirik və hesab etmirəm ki, Rusiya münaqişənin qızışmasında maraqlıdır. Biz problemin sülh formasında həll olunmasında maraqlıyıq. Bir halda ki, Cənubi Qafqaz ölkələri bizim müttəfiqimizdir, deməli biz bu regionda sabitliyin olmasına çalışacağıq”,- deyə həmsədr bildirib.
C. Uorlik Rusiyanın Azərbaycan külli miqdarda silah satması haqda
deyilənlərə də münasibət bildirib: “Rusiyanın istənilən ölkə ilə
ticarət münasibətləri qurmaq hüququ var. Bu heç də Rusiyanın
danışıqlar prosesində iştirakına maneə olmur. Lakin hər şey
Azərbaycan və Ermənistandan asılıdır. Dünyanın müxtəlif
yerlərindəki münaqişələrin, eləcə də Qarabağ münaqişəsinin nizama
salınması ABŞ üçün daim prioritet olub. Bizim hədəfimiz Avropanı
bütöv və sülh şəraitində görməkdir. Dağlıq Qarabağ münaqişəsi
Avropa üçün qara ləkədir. Buna görə də ABŞ münaqişənin həll
olunmasında çox maraqlıdır. Təkrar edirəm, bizim hədəfimiz azad,
bütöv və sülh içində olan Avropadır”.
Asif
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO