“Soçidə Azərbaycanı razı salmaq lazımdır” – Putinin komandasından ÇAĞIRIŞ – FOTOLAR
Bizi izləyin

Nida.az

“Soçidə Azərbaycanı razı salmaq lazımdır” – Putinin komandasından ÇAĞIRIŞ – FOTOLAR

“Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olmalıdır. Bu görüşdə Azərbaycanı mütləq razı salmaq lazımdır. Çünki Azərbaycan bizə lazımdır, bizim strateji qonşumuzdur".

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri avqustun 8-də Moskvada şəhər meriyası tərəfindən “İnşaatçı günü” ilə əlaqədar keçirilən rəsmi mərasimdə “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Vladimir Yakunin deyib.

Vladimir Yakunin bildirib ki, Azərbaycan Rusiyanın bölgədə iqtisadi və strateji müttəfiqidir: “Qərbi Avropa Ukrayna hadisələrindən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Onlar bununla Rusiyanı sarsıtmaq istəyirlər. Ancaq bu mümkün olmayacaq. Soçidə prezidentlərin görüşündə Azərbaycanı mütləq razı salmaq lazımdır. Çünki Azərbaycan bizə lazımdır, bizim strateji qonşumuzdur. Azərbaycan həm də Rusiyanın Türkiyə ilə əməkdaşlığında mühüm rol oynayır. Biz hələ çox əməkdaşlıq edəcəyik. Digər tərəfdən isə, yeni müharibənin başlaması Ermənistan üçün əsla faydalı olmaz”.

Bundan əlavə, tədbirdə Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiya Federasiyasının tikinti, mənzil və kommunal xidmətlər naziri Mixail Men, Dövlət Dumasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə Rusiyada yaşayan azərbaycanlı iş adamı, Dünya Azərbaycanlıları Konqresinin Rusiya nümayəndəliyinin rəhbəri Mirəşrəf Fətiyev də iştirak edib.

Rusiyanın dövlət rəsmiləri çıxışlarında Soçidə Azərbaycan və Ermənistan prezidentləri arasında planlaşdırılan görüşün əhəmiyyətinə də toxunublar.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm