Novruz Məmmədov: “Prezidentlər sabah görüşəcək”
Bizi izləyin

Nida.az

Novruz Məmmədov: “Prezidentlər sabah görüşəcək”

“Sabah Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq”.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “tvitter” səhifəsində bildirib.

“Artıq Soçidəyik. Bu gün Azərbaycan və Rusiya Prezidentləri əməkdaşlıq əlaqələrini genişləndirmək üçün ikitərəfli formatda görüş keçirəcəklər”, - Novruz Məmmədov yazıb.

O həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentləri arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar aparılacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm