PA rəsmisi: “İrəliləyiş Ermənistan prezidentinin konstruktiv mövqeyindən asılıdır”
Bizi izləyin

Nida.az

PA rəsmisi: “İrəliləyiş Ermənistan prezidentinin konstruktiv mövqeyindən asılıdır”

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Soçidə keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə münasibət bildirib.

Publika.az xəbər verir ki, Novruz Məmmədov “tvitter” səhifəsində irəliləyişin Ermənistandan asılı olduğunu bildirib.

“Danışıqlarda irəliləyiş Ermənistan prezidentinin konstruktiv mövqe tutmasından asılı olacaqdır, - Prezident Administrasiyasının rəsmisi yazıb.

Qeyd edək ki, artıq Soçidə olan Azərbaycan Prezidenti İlham Əliyev bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Sabah isə V. Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm