Heydər Əliyev Məmməd Əmin Rəsulzadə haqda nə demişdi? - VİDEO
Bizi izləyin

Nida.az

Heydər Əliyev Məmməd Əmin Rəsulzadə haqda nə demişdi? - VİDEO

Ümummilli lider Heydər Əliyev Türkiyəyə səfər edərkən Məmməd Əmin Rəzulzadənin məzarını ziyarət edib, ona olan ehtiramını nümayiş etdirib .Bu gün də bu münasibət prezident İlham Əliyevin timsalında bir daha bəyan olunur

Bu gün yanvarın 31-i Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurucusunun 130 illiyi haqqında Prezident İlham Əliyev ötən ilin noyabrında müvafiq Sərəncam da imzalayıb. Həmin sərəncama uyğun olaraq dövlət səviyyəsində silsilə tədbirlər keçirilir və hökumət idarələrində Rəsulzadə şəxsiyyəti anılır. Ancaq nədənsə hakimiyyətə müxalif olan və Məmməd Əmin Rəsulzadəni özlərinə lider seçdikləri bəzi siyasi qüvvələr bundan qısqanclıq keçirdiklərini açıq-aşkar biruzə verirlər. Təbii ki, bunun səbəbi hər kəsə bəllidir. Çünki burada onların indiyədək iddia etdikləri kimi, güya Azərbaycanın sabiq Prezidenti, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Rəsulzadə şəxsiyyətinə ögəy münasibət sərgilməsi barədə cəfəng fikirləri iflasa uğrayır.

Heç kəsə sir deyil ki, hələ ulu öndər Heydər Əliyev Məmmədəmin Rəsulzadə şəxsiyyətinə hörmət etdiyini, ehtiramla yanaşdığını və sadiqliyini dəfələrlə nümayiş etdirib. Ümummilli lider Türkiyəyə səfər edərkən Rəzulzadənin məzarını ziyarət edib, ona olan ehtiramını nümayiş etdirib. Bu gün də bu münasibət prezident İlham Əliyevin timsalında bir daha bəyan olunur. Prezident İlham Əliyevin dilindən desək, Rəzulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir.

Ulu öndər Heydər Əliyevin güya Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinə ögəy münasibət sərgilməsi barədə fikir söyləyənlər yaxşı olar ki, bu videoçıxışa da diqqətlə baxsınlar!

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm