“İrəvanı xarabalığa çevirərik” – deputatdan Emənistana XƏBƏRDARLIQ
Bizi izləyin

Nida.az

“İrəvanı xarabalığa çevirərik” – deputatdan Emənistana XƏBƏRDARLIQ

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Ermənistan müdafiə naziri Seyran Ohanyanın Mingəçevir su anbarını partlatmaqla hədələdiyi bəyanatına cavab verib.

Deputat B.Sadıqov Publika.az-a açıqlamasında deyib:

“Mən Mingəçevir su anbarında olmuşam. O ərazinin müdafiə sistemi ilə əyani şəkildə tanışam. Mingəçevir su anbarı çox ciddi şəkildə ən müasir texnikalarla qorunur.

Digər tərəfdən isə, Azərbaycanın Müdafiə Nazirliyi erməni nazirə çox tutarlı cavab verib. Yəni, Ermənistan Mingəçevir su anbarını partladıb bizim bir neçə rayonumuzu su altında qoymaq istəsə, o zaman Azərbaycan ordusu İrəvan şəhərini alt-üst edər. Azərbaycanın elə ən müasir və güclü hərbi texnikaları var ki, onunla İrəvanı xalça kimi toxuyar. Ermənistan bizə hədə gəlməsin. Ermənilər Ağdamı necə xarabalığa, ruhlar şəhərinə çeviribsə, biz də İrəvanı xarabalığa çevirərik.

Azərbaycan ordusu İrəvanı bir neçə saatın içərisində xarabalığa çevirər. Ermənistan tərəfi də yaxşı bilir ki, bu realdır və Azərbaycan ordusu bunu edə bilər”.

Deputat prezidentlərin Soçidə gözlənilən görüşünü də şərh edib:

“Cənab Prezidentimizin də dediyi kimi, sülh danışıqlarında imkanlar hələ də tükənməyib. Azərbycanın kifayət qədər güclü ordusu var. Ermənistan tərəfinin Soçi görüşü ərəfəsində qəfildən xüsusi plan hazırlayıb və böyük təxribat qrupu ilə hücuma keçmək cəhdləri onlar üçün heç bir nəticə vermədi və düşmən çox sarsıdıcı zərbə aldı. Bununla da, Azərbaycan dövləti iqtisadi, diplomatik, hərbi və müdafiə sahəsində Ermənistan tərəfindən qat-qat yüksəkdə dayandığını bir daha sübut etdi.

Rusiya çalışacaq ki, Soçi görüşündə Azərbaycanı hansısa bir quruma daxil etmək üçün ciddi təzyiq göstərsin və sairə. Amma Azərbaycan Prezidentinin qəti mövqeyi var. Azərbaycan dövlətinin müstəqilliyi ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu yoldur, əbədidir və dönməzdir, daimidir. Biz heç zaman bu yoldan geri dönməyəcəyik. Azərbaycanın çox ciddi arqumentləri var. Əgər burada söhbət Gömrük İttifaqına qoşulmaqdan gedirsə, o zaman biz Azərbaycanın ən cəsur və qeyrətli oğullarını şəhid edən düşmən dövlətlə eyni qurumda təmsil oluna bilmərik. Mən belə hesab edirəm ki, danışıqlarda iştirak etməklə Azərbaycan Prezidenti Soçi görüşündə də öz qətiyyətli mövqeyini ortaya qoyur. Əgər bu görüş müsbət nəticə verərsə, bu, ilk növbədə, Ermənistan üçün yaxşı olacaq. Çünki Ermənistanı qarşıdan gələn qış fəslində böyük fəlakət gözləyir. Ermənilər Azərbaycan ordusunun gücünü və qüdrətini gördülər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm