AXCP-dən daha 30 nəfər istefa verəcək
Bizi izləyin

Nida.az

AXCP-dən daha 30 nəfər istefa verəcək

AXCP-nin 30 nəfərə yaxın üzvü partiyadan ayrıla bilər.Bu barədə Publika.Az –a adının açıqlanmasını istəməyən AXCP üzvü eksklüziv olaraq deyib. Partiya üzvü bildirib ki, bir qrup şəxs partiya daxilindəki son proseslərə, eləcə də müxalifətdaxili məsələlərə etiraz olaraq istefa verəcək. Onun sözlərinə görə, istefa verənlər arasında AXCP Məclisinin üzvü, tanınmış cəbhəçilərdən biri də olacaq: “Hazırda partiya daxili münasibətlər normal deyil, xeyli gərginləşib. Artıq bir neçə istefa oldu. 30-a yaxın üzvün də istefası gözlənilir”.

Qeyd edək ki, bundan öncə sabiq prokuror Qaraxan Ağayev və Qarabağ veteranı Füzuli Bədirov da partiya sıralarından istefa verdi . Hər iki şəxs baş verənlərə etiraz olaraq bu addımı atdıqlarını bəyan ediblər.

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov isə istefaları təkzib edib. O deyib ki, bu şəxslər 2005-ci ildə istefa veriblər.Adıçəkilən şəxslər isə təkzibə təkziblə cavab verərək bildiriblər ki, onlar istefa verdikləri günə qədər AXCP-nin üzvü olublar.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm