"Prezidentlərin birgə görüşü sabah baş tutacaq"
Bizi izləyin

Nida.az

"Prezidentlərin birgə görüşü sabah baş tutacaq"

Putin Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayrılıqda danışıqlar aparıb.

ANS PRESS-in məlumatına görə, Moskva Dağlıq Qarabağ problemi üzrə Rusiya Federasiyası, Ermənistan və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün bazar günü keçirilməsini inkar etmir.

Bu haqda Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz onu güman edirik ki, üçtərəfli görüş sabah gündüz olacaq", - deyə Peskov jurnalistlərə bildirib.

O əlavə edibi ki, həmçinin gözlənilir ki, şənbə günü axşam Rusiyanın, Ermənistanın və Azərbaycanın liderləri Soçidə sambo üzrə yarışa baş çəkəcəklər.

Daha əvvəl şənbə günü Rusiya prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayrılıqda danışıqlar aparıb.

Dağlıq Qarabağda yaranmış vəziyyəti şərh edərək Peskov qeyd edib ki, bu hadisə bütün tərəflərdə narahatçılığa səbəb olub.

"Bütün tərəflər gərginliyin artmasıyla əlaqədar narahatçılığı deyir, son günlərdə baş verən hadisələrlə əlaqədar çoxsaylı insan qurbanları var. Vəziyyət, həqiqətən, narahat və qeyri-stabildir. Danışıqlarda bütün məsələlər müzakirə olunacaq", - deyə mətbuat katibi vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm