Putin İlham Əliyevə təşəkkür etdi
Bizi izləyin

Nida.az

Putin İlham Əliyevə təşəkkür etdi

Xəbər verdiyimiz kimi, avqustun 9-da Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Soçidə “Plotforma S-70” döyüş sambosu üzrə beynəlxalq yarışlara baxıblar.

Axar.az xəbər verir ki, Prezidentin rəsmi saytı bununla bağlı geniş fotosesiya təqdim edib.

Xatırladaq ki, “Plotforma S-70” döyüş sambosu üzrə beynəlxalq yarışlar Soçidə 5-ci dəfədir keçirilir. Peşəkar samboçuların budəfəki yarışlarında Rusiya yığması ABŞ, Fransa, Qazaxıstan, Braziliya, Latviya, Litva və Belarus idmançılarının daxil olduğu dünya seçmə komandası ilə qarşılaşıb.

Prezident Vladimir Putin yarışda qalib gələn Rusiya komandasının mükafatlandırılması mərasimində çıxış edərək sambonun Azərbaycanda yaxşı inkişaf etdiyini vurğulayıb. Rusiya Prezidenti sambo idman növünün Bakıda keçiriləcək ilk Avropa Oyunlarının proqramına salınmasına nail olduğuna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm