Dini Komitə rəsmisi anons etdi: “Radikallara qarşı mübarizə daha da intensivləşə bilər”
Bizi izləyin

Nida.az

Dini Komitə rəsmisi anons etdi: “Radikallara qarşı mübarizə daha da intensivləşə bilər”

Bu gün “vəhhabilik”, “xəvariclik”, “sələfilik” və s. digər adlarla çağırılmasından asılı olmayaraq, dini qruplarda radikallıq baş qaldırırsa, bu , nəticə etibarilə sonda onların əməllərindən qaynaqlanan ciddi qanun pozuntularına gətirib çıxarır. Belə olan

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Salahlının Publika.Az-a müsahibəsi:

“Radikal dini cərəyanlar qanundakı boşluqlardan istifadə edillər”

- Son günlər vəhhabiliklə bağlı məsələ ölkədə yenidən gündəmdədir. Hüquq-mühafizə orqanları da onlara qarşı əməliyyatlar həyata keçirir. Siz necə düşünürsünüz, Azərbaycanda vəhhabilik nə qədər təhlükəlidir?

-Öncə bir haşiyə çıxım ki, Azərbaycan dövləti din siyasətini təriqətlərüstü aparır. Bu o anlama gəlir ki, dövlət vətəndaşının hansı dini məzhəbə, təriqətə mənsub olmasından asılı olmayaraq onun əqidəsinə və etiqad azadlığına hörmətlə yanaşır, lakin bir şərtlə ki, məzhəb və təriqətlər radikallaşmasınlar və qanun çərçivəsində fəaliyyət göstərsinlər.

Azərbaycanda bugünədək hər hansı dini təriqətin qadağan edilməsi barədə qərar çıxarılmayıb, amma dini radikallıqla mübarizə dövlətin daim prioritet saydığı məsələ olduğundan əlavə tənzimləyici tədbirlərin görülməsini labüd edir.

Bu gün “vəhhabilik”, “xəvariclik”, “sələfilik” və s. digər adlarla çağırılmasından asılı olmayaraq, dini qruplarda radikallıq baş qaldırırsa, bu , nəticə etibarilə sonda onların əməllərindən qaynaqlanan ciddi qanun pozuntularına gətirib çıxarır. Belə olan halda dövlət orqanları, bu sahədə nəzarəti həyata keçirən DQİDK öz hüquqi və inzibati tənzimləməsini işə salır. Qanun pozuntuları cinayət müstəvisində olduqda isə hüquq-mühafizə orqanları tədbirlər həyata keçirdir. Zəruri hallarda belə qanun pozuntuları ilə bağlı inzibati mübarizə daha intensiv xarakter ala bilər.

-Radikal qruplar əsasən kimləri cəlb edə bilirlər.

-Dövlət Komitəsinin apardığı dini durumun monitorinqləri və araşdırmalar göstərir ki, radikal qrupların sıralarına əsasən dini bilgiləri yetərli olmayan, enerji və vaxtlarını sərf etmək üçün imkan, vasitə axtaran gənclər cəlb edilirlər. Bu gənclərin intellektual səviyyəsi və situasiyanı düzgün qiymətləndirmə qabiliyyətləri yetərincə yüksək olmaması qısa müddətdə onların manipulyasiya obyektinə çevrilməsinə şərait yaradır.

Digər tərəfdən radikal qrupların təsirinə düşənlər arasında sosial-iqtisadi problemlərə məruz qalanlar da az deyil. Qrup daxilində müəyyən maliyyə dəstəyinin göstərilməsi, bir növ şirnikləndirici üsullar radikalların geniş yararlandığı “cəlb edici” metodlardan sayılır.

-Burda maarifləndirmənin də zəif olması əsas amil ola bilərmi?

-Ölkə ərazisində radikallıqla mübarizənin əsas mehvəri təbii ki, maarifləndirmədir. Əgər radikallıqla mübarizə sahəsində effektiv nəticələrə nail olmaq məqsədi güdürüksə, birinci növbədə ənənəvi dini dəyərlərimizi daha da canlandırmalıyıq. Bunun üçün savadlı, dünya görüşü geniş, nüfuz sahibi olan din xadimləri, ilahiyyatçılar kontingenti yetişdirilməli və onların fəaliyyəti metodik olaraq düzgün qurulmalıdır. Lakin etiraf etməliyik ki, vəziyyət ürəkaçan deyil.. Bir çox məscidlərimizdə ənənəvi din xadimlərimizin fəaliyyəti qənaətbəxş deyil, buna görə də düzgün marifləndirmənin aparılmadığı yerdə, meydan qeyri-ənənəvi radikallların əlinə keçir.

Burada sosial məsələlər də mühüm rol oynayır. Maliyyə cəhətdən əziyyət çəkən ruhanilər çox zaman təsərrüfatla məşğul olmağa məcbur olurlar. Bu da onların məscidlərlə daha intensiv məşğul olmalarına əngəllər törədir. Dövlət Komitəsi maarifləndirmə sahəsində səlahiyyəti olduğu üçün bu istiqamətdə tədbirlər həyata keçirdir. Eyni zamanda din xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ölkə Prezidenti tərəfindən hər il QMİ-yə vəsait ayrılır.

-Dövlət Komitəsinin radikallığın qarşısının alınması istiqamətində konkret əməli fəaliyyəti varmı?

-Komitə ilk növbədə qeyd olunan problemlə mübarizəni maarifləndirmədə görür və öz səlahiyyətləri çərçivəsində bunu həyata keçirir..

Həmçinin, ötən müddət ərzində respublikanın bütün regionalarında keçirilən konfranslar bu qəbildəndir. Konfranların məqsədi ümumi olaraq dövlət-din münasibətlərini tənzimləyən milli qanunvericilik bazasının geniş və əhatəli şərhi, milli-mənəvi dəyərlərin, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili, gücləndirilməsi mahiyyəti daşısa da, burada geniş olaraq radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısınının alınmasına, onlarla effektiv mübarizə aparmağın metodlarının öyrədilməsinə yer ayrılmışdır.

Eyni zamanda tərəfimizdən qanun boşluqlardan istifadə edən radikal dini cərəyanların faktiki nəzarətinə keçmiş məscid və digər din təyinatlı yerlərdə yoxlamalar aparılır. Onarın nəticəsində inzibati və huquqi müstəvidə tdbirlər də görüləcəkdir.

-Komitə hazırda hansı istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirir.

-Ötən il bir sıra regionlarda keçirilən greşlərdə icma rəhbərləri və din xadimləri Komitə sədri Elşad İskəndərova müraciət edərək məhz onların radikal dünyagörüşü ilə mübarizə sahəsində tədris və ədəbiyyatla təmin olunmasını xahiş ediblər. Cənab sədrin göstərişi və təşəbbüsünə əsasən dini təlim sahəsində boşluqları aradan qaldırmaq məqsədilə ötən müddət ərzində kontingenti əsasən din xadimlərindən, ilahiyyatçılardan və nüfuzlu dindarlardan ibarət silsilə təlim kursları həyata keçirilib və bunlar bugün də davam etdirilir. Dövlət Komitəsi hazırda maarifləndirməni Dini Araşdırmalar Mərkəzi və QMİ-nin iştirakı ilə birgə kurslar şəklində həyata keçirir. Bu kurslar bir növ din xadimlərini istiqamətləndirmə və tədris mahiyyəti daşıyır. Artıq üç bölgədə - Bakı, Şirvan, Şimal-Qərb bölgələrində belə kurslar keçirilib və 150-dən çox din xadimi (imam, axund) bu kurslara qatılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm