Putin: Münaqişəni tənzimləmək üçün Azərbaycanın və Ermənistanın xoş məramı var
Bizi izləyin

Nida.az

Putin: Münaqişəni tənzimləmək üçün Azərbaycanın və Ermənistanın xoş məramı var

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Prezidenti Serj Sarkisyanın iştirak ilə Soçidə "Boçarov Ruçey" iqamətgahında üçtərəfli görüş başa çatıb.

Trend-in xəbərinə görə, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

Görüşdə Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə tənzimləmək üçün Azərbaycanın və Ermənistanın xoş məramı var: "Məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycan Prezidenti problemin sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkib və siz [Ermənistan Prezidenti] indi bu barədə danışdınız. Bu, həqiqətən də ən başlıcasıdır, çünki insanların ölümündən böyük faciə yoxdur".

V. Putin deyib: "Əgər xoş məram varsa, istənilən mürəkkəb vəziyyətlər həll oluna bilər. Fikrimcə, bu cür xoş məram həm Azərbaycan, həm də erməni xalqı tərəfdə var".

RF Prezidentinin sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq formata hörmətlə yanaşır və həmin formatda bundan sonra da iştirak edəcək, lakin vəziyyətin nizamlanması üçün Azərbaycan və Ermənistanla ikitərəfli münasibətlərin xüsusi xarakterindən istifadə etməyi planlaşdırır: "Şübhəsiz ki, bütün bu beynəlxalaq formatlara hörmətlə yanaşırıq və həmkarlarımızla işləməyə davam edəcəyik. Lakin hesab edirik ki, hər halda bizim xüsusi yaxın əlaqələrimiz var və keçmiş tariximiz o qədər dərindir ki, bizə harada olmağımız və keçmişdən qalan bütün bu problemlərin nizamlanmasında irəliləmək üçün nə etməyin lazımlığı barədə açıq fikir mübadiləsi aparmağa imkan yaradır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm