Azərbaycanlılarla ermənilər birgə müraciət yaydı
Bizi izləyin

Nida.az

Azərbaycanlılarla ermənilər birgə müraciət yaydı

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində davam edən gərginliklə bağlı şok müraciət yayılıb. Müraciətin müəllifləri arasında azərbaycanlılar və ermənilər də var.

Publika.az xəbər verir ki, müraciətdə tərəflərə atəşkəsi tezliklə bərpa etməyə çağırış edilib.

“Biz Azərbaycan və Ermənistan vətəndaşları, eləcə də digər ölkələrdən olanlar tələb edirik ki, Dağlıq Qarabağdakı atəşlər dayandırılsın”- müraciətdə deyilir. Müraciətdə snayperlərin təmas xəttindən yığışdırılması tələb edilir və indiyə qədər qəbul edilmiş beynəlxalq təşkilatların qərarları xatırladılır.

Müraciətə imza atan şəxslərin bəzilərinin adlarını təqdim edirik:

Veronika Ağajanyan: İrəvan, Konfliktlərin Araşdırılması Mərkəzi

Anar K. Əhmədov: Haaqa, Leyden Universitetinin tələbəsi

Rəşad Əliyev: Bakı, ştatdankənar jurnalist

Zinaddin Babayev: Boston

Bayram Balcı: Karnegi Fondunun eksperti

Sofie Bedford: Tədqiqatçı

Jan Baptiste Blanc: Lozanna Universiteti

Lorens Broers: Qafqaz Tədqiqatlar Mərkəzi

Maykl Cecire: ABŞ, Filadelfiya

Mikayıl Məmmədov: Corc Masonu Universiteti

Karen Ohanyan: Xankəndi

Mane Papyan: Vanadzor, jurnalist

Arzu Qeybullayeva: İstanbul

Filip Qamaqelyan: Vaşinqton

Natalya Qurbanyan: Vaşinqton

Həmidə Qiyasbəyli: Bakı

Sevil Hüseynova: Berlin

Ülvi İsmayıl: Vaşinqton

Qeyd edək ki, aralarında Tomas de Vallın da olduğu bir çox ekspertlər müraciətə qoşulub.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm