Sərkisyan Soçidən sonra etiraf etdi: “Ağdam xarabalığını göstərə bilərik”
Bizi izləyin

Nida.az

Sərkisyan Soçidən sonra etiraf etdi: “Ağdam xarabalığını göstərə bilərik”

“Azərbaycan yaxşı bilir ki, bizdə ballistik raketlər var və onun radiusu 300 kilometri keçir”. Bu silah Azərbaycanın istənilən çiçəklənən yaşayış məntəqəsini xarabalığa çevirə bilər. Buna nümunə kimi bu gün Ağdam xarabalığını göstərə bilərik”.

Publika.az xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan “Armnyus” televiziyasına müsahibəsində Azərbaycan Müdafiə Nazirliyinin “Yerevanı yerlə yeksan edərik” açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu, seçim məsələsidir: “Əgər onlar özləri üçün qorxmurlarsa, üzərinə düşən məsuliyyəti düşünməlidirlər. Onlar bilməlidirlər ki, Ermənistan ordusu güclüdür, bizdə müasir hərbi texnikalar var və biz qalib gələcəyik”.

Diqqətçəkən məqam Ermənistan prezidentinin öz ordusunu tərifləməsi ilə işğalçı siyasətini etiraf etməsidir. O, “Buna nümunə kimi bu gün Ağdam xarabalığını göstərə bilərik” deməklə işğalçı olduqlarının təsdiqləyir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm