Müxalifətdə yeni ssenari: Klassiklər İsa Qəmbərlə birləşir
Bizi izləyin

Nida.az

Müxalifətdə yeni ssenari: Klassiklər İsa Qəmbərlə birləşir

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Şuradan ayrılır və Müsavat Partiyası ilə yeni birlik yaradır. Müxalif düşərgəsində yeni ssenari hazırlanır.

Publika.az-ın əldə etdiyi məlumata görə, Musavat başqanı İsa Qəmbər 2015-ci il parlament seçkiləri istiqamətində hərəkətə keçib.

Yeni müxalifət birliyi ssenarisi üzərində iş gedir. Hansı ki, burda əsas rəqib hakim partiya ilə yanaşı, Milli Şura, konkret olaraq AXCP olacaq. İlk addım KXCP-nin Milli Şuradan qopardılmasıdır. Bunun üçün kifayət qədər zəmin var. Belə ki, AXCP ilə ulduzları barışmayan Mirmahmud Mirəlioğlu Milli Şuranın son sessiyasında qurumun cəbhəçilərin hesabına genişləndirilməsinə etiraz edərək ayrılmaq istədiyini açıqlamışdı. Həmin sessiyada bu baş verməsə də, mənbə faktiki olaraq klassiklərin Milli Şuradan ayrıldığını deyir. Qalmaqallı sessiyadan sonra qurumun toplantılarının KXCP qərargahında keçirilməsindən imtina edildi və qarşılıqlı ittihamlar gündəmə gəldi.

Məlumata görə, Mirmahmud Mirəlioğlu artıq İsa Qəmbərlə müəyyən razılıq əldə edib. Bu istiqamətdə ilk addım bu gün saat 16:00-da KXCP-nin qərargahında keçiriləcək birgə tədbirdir. Tədbir Leyla Yunus və İntiqam Əliyevin həbsi ilə bağlı olacaq. Mənbə bunun fürsət olduğunu iddia edib.
M. Mirəlioğlu da görüşün olacağını təsdiqləyib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm