İŞİD-in azəri camaatından çağırış: “Qarabağda kafirlərin tökdüyü qanlar...”
Bizi izləyin

Nida.az

İŞİD-in azəri camaatından çağırış: “Qarabağda kafirlərin tökdüyü qanlar...”

“İraq Şam İslam Dövləti”nin (İŞİD) azəri camaatı ABŞ-ın hücumlarına qarşı müraciət yayıb.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə Əbu Fulan əl-Mühacir adlı istifadəçi tərəfindən yayılan müraciətdə ABŞ-ın şər qüvvə olduğu deyilir.

“Ey müsəlmanlar, ABŞ həmin ölkədir ki, İraqda, Əfqanıstanda qanlar tökdü. ABŞ o ölkədir ki, Qarabağda kafirlərin tökdüyü qanlara haqq qazandırdı. İndi də xilafətə qarşı çıxır. Amma xilafət sona qədər vuruşacaq. ABŞ kafirlər ölkəsidir. Onlarla döyüşmək haqq işidir və Allahın bəyəndiyi cihaddır. Bütün müsəlmanlar kafirlərə qarşı birləşməlidir”, - deyə ingilis dilində yayılan müraciətdə bildirilir.

Azəri camaatı Azərbaycan, eləcə də bütün Qafqaz müsəlmanlarını birləşməyə, İŞİD cihadına dəstək olmağa çağırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm