“Rusiya Qarabağa 20 min əsgər yeritmək istəyir”- İddia
Bizi izləyin

Nida.az

“Rusiya Qarabağa 20 min əsgər yeritmək istəyir”- İddia

“Rusiya Qarabağ zonasına sülhməramlılarını yerləşdirə bilməyəcək”.

Publika.az-ın erməni mediasına istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistan müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyan deyib.

Onun fikrincə, müharibənin yenidən başlanması təhlükəsi yoxdur: “Baxmayaraq ki, təmas xəttində gərginlik əvvəlki vaxtlarla müqayisədə daha yüksəkdir, amma biz bunu keçmişdə də görmüşük. Hesab edirəm ki, Soçi görüşündən sonra təmas xəttində gərginlik müəyyən qədər səngiyəcək”.

A.Şirxanyan düşünür ki, Rusiyanın hədəfi Qarabağa öz ordusunu yerləşdirməkdir: “Məqsəd Cənubi Qafqaza nəzarəti itirməməkdir. Bu, nəhəng oyundur və Rusiya hazırda 15-20 min əsgərini Qarabağda yerləşdirmək istəyir. Amma buna icazə verməliyikmi? Bu mümkün deyil”.

O iddia edib ki, cəbhədəki gərginlik ABŞ-ın sifarişidir.”Bu, Ermənistanın Gömrük İttifaqına qoşulmamasına hesablanıb. Çünki vəziyyət qarışsa, Ermənistanın üzvlük məsələsi təxirə düşə bilər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm