Nida.az
Prezident Ərdoğanı Azərbaycana səfərə dəvət etdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli cənab Baş nazir, Əziz Qardaşım,
Türkiyənin tarixində ilk dəfə ümumxalq səsvermə yolu ilə keçirilən
Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi
səmimi qəlbdən təbrik edirəm. Heç şübhə yoxdur ki, bu seçkilər
qardaş Türkiyənin tarixində yeni mərhələnin başlanğıcı
olacaqdır.
Birbaşa səsvermənin nəticəsi xalqın Sizə olan böyük inam və
etimadının aşkar təzahürü, qardaş Türkiyənin hərtərəfli inkişafı və
çiçəklənməsi yolunda həyata keçirdiyiniz uğurlu siyasətə və əvəzsiz
xidmətlərinizə verilən yüksək qiymətdir. Cəmiyyətin demokratik
inkişafı yolunda tarixi hadisə olan, açıq, sərbəst və şəffaf
şəraitdə keçirilən bu seçkilər, eyni zamanda, qardaş Türkiyə
xalqının iradəsinin bariz ifadəsidir. Bu qələbəniz həmçinin
Türkiyənin qələbəsidir".
İlham Əliyev məmnunluqla qeyd edib ki, son on il ərzində Türkiyə
hərtərəfli inkişaf nümayiş etdirərək beynəlxalq aləmdə güc
mərkəzinə çevrilmişdir: "Azərbaycan və Türkiyə arasında əməkdaşlıq
münasibətləri isə bu müddət ərzində möhtəşəm yol keçərək möhkəm
dostluq və qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik
səviyyəsinə yüksəlmişdir.
Uğurlu ikitərəfli və çoxtərəfli əməkdaşlığımız, birgə səylərimizlə həyata keçirdiyimiz nəhəng layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yol xətti və yenicə başladığımız TANAP və digərləri ölkələrimizin, eləcə də regionun dünya miqyasında əhəmiyyətini artırır, bölgədə sülhə, əməkdaşlığa və inkişafa xidmət edir.
Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri bundan sonra da davam edəcək və inkişaf edəcəkdir.
Əziz Qardaşım, fürsətdən istifadə edərək Sizi münasib bildiyiniz vaxtda Azərbaycana səfərə dəvət edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyənin çiçəklənməsi, xalqınızın isə əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə uğurlar diləyirəm".
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR