Ssenari işə düşdü: Əli Kərimlisiz birlik
Bizi izləyin

Nida.az

Ssenari işə düşdü: Əli Kərimlisiz birlik

Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbərin təşəbbüsü ilə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında baş tutan görüşdə Milli Şura rəhbərliyinin iştirak etməməsi diqqət çəkib.

Publika.az xəbər verir ki, toplantıda KXCP sədri Mirmahmud Mirəlioğlu, İ.Qəmbər, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, istiqlalçı deputat Hacıbaba Əzimov, Milli Şura üzvü Mehriban Vəzir iştirak edib.

AXCP sədri Əli Kərimli və “El” Hərəkatının sədri Eldar Namazov isə tədbirə qatılmayıb.


Mitinqlər olacaq


Müsavat başqanı İsa Qəmbər çıxışında mitinqlərin keçirilməsini təklif edib. Artıq yay fəslinin başa çatdığını deyən başqan aksiyalara ciddi hazırlaşmağın lazım olduğunu bildirib. Müsavat başqanı deyib ki, KXCP sədri Mirmahmud Mirəlioğlu ilə birlikdə siyasi partiyaları fəallaşdırmaq istəyirlər.

“Özümüz birlik yaradıb, özümüz də dağıdırıq”


Tədbirdə iştirak edən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Hacıbaba Əzimov isə müxalifətin durumundan danışaraq, yaradılan birliklərin dağılmasına toxunub. “Özümüz birlik yaradıb, özümüz də dağıdırıq. Nə qədər ki yaratdığımız birlikləri özümüz dağıdacağıq, nə isə əldə edə bilməyəcəyik, - deyə o bildirib. H.Əzimov qeyd edib ki, bu cür tədbirlərin keçirilməsini dəstəkləyir.


İsa Qəmbərin ssenarisi

Qeyd edək ki, ekspertlər bu toplantını İ.Qəmbərin yeni ssenarisi olduğunu düşünürlər. Belə ki, Müsavat başqanı Milli Şura ilə münasibətləri gərgin olan KXCP-nin ələ alınması üzrə işlərə başlanılıb. Hansı ki, bu həm də 2015-ci il öncəsi yaradılması ehtimal olunan yeni birliyin ilk təməlləridir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm