Azərbaycanlı gənclər Suriyaya niyə və necə gedir? -Deputatdan şok ittihamlar
Bizi izləyin

Nida.az

Azərbaycanlı gənclər Suriyaya niyə və necə gedir? -Deputatdan şok ittihamlar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Aytən Mustafayeva son vaxtlar bir qrup azərbaycanlı gənclərin qeyri-qanuni yollarla səfərbər olunaraq dünyanın müxtəlif q

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Aytən Mustafayeva son vaxtlar bir qrup azərbaycanlı gənclərin qeyri-qanuni yollarla səfərbər olunaraq dünyanın müxtəlif qaynar nöqtələrinə, o cümlədən Suriyaya göndərilməsi məsələsinə münasibət bildirib.

Millət vəkili A.Mustafayeva Publika.Az-a açıqlamasında söyləyib ki, Türkiyə tərəfi onların Suriyaya döyüşməyə getməsinə imkan yaradır: “Nə turist? Müharibə vaxtı turist olar? Bu adamlar Suriyaya turist adı ilə getmirlər. Onlar Türkiyə vasitəsilə Suriyaya keçirlər. Həmin adamlara pul verənlər özləri onları Suriyaya keçirir. Əgər Türkiyə tərəfi həmin vətəndaşlarımızı tutsa, o zaman bu, səs-səda doğurar. Ancaq ilk növbədə Azərbaycanın hüquq-mühafizə orqanları, o cümlədən kəşfiyyat bunun qarşısını almalıdır. Bizim kəşfiyyat onlar barəsində hələ Türkiyəyə çatmamış tədbirlər görməlidir, bütün planlarını bilməlidir.

Necə olur ki, bütün əhali bilir, hamı bilir, ancaq lazımi instansiyalr bilmir ki, Azərbaycanda vəhhabilik baş alıb gedir. Özü də bu adamlar radikal vəhabilərdir, zombiləşmiş insanlardır. Hələ mən 4 il əvvəl xəbərdarlıq etmişdim ki, ölkədə bu cür totalitar sektalr baş alıb gedir. Mən o vaxt vəhhabiliyin də adını çəkmişdim. Ancaq daha çox xristian sektlarından danışırdım. Belə olmaz axı? Onlar haqqında tədbirlər görmək lazımdır. Belə çıxır ki, sabah Azərbaycana onların himayədarları gələndə də bizim bundan xəbərimiz olmayacaq. Bilməyəcəyik ki, bunlar Səudiyyə Ərəbistanından niyə gəlib? Əgər bunları bilmiriksə, o zaman bilməliyik. Onlar gəlib burda gənclərimizə pul verirlər. İlk növbədə onların qarşısını almaq lazımdır. Mən çox təəssüf edirəm ki, onlara qarşı vaxtında lazımi tədbirlər görüməyib. Artıq Azərbaycanda radikal dini cərəyanlar əl-qol açıb yayılıblar. Vallah, mən bu barədə xəbərləri eşidəndə də ürəyim ağrayır, çox pis oluram”.

Deputat qeyd edib ki, bu insanlar din yolunda hərəkət etmirlər: “Bunların əsas məqsədi pul qazanmaqdır. Bu isə mənəviyyatın lap pis olmasını göstərir. Son vaxtlar Azərbaycan və Ermənistan ordusunun təmas xəttində gərginləşmə var. Əgər onlar istəsə, gedib Qarabağda da vuruşa bilərlər. Hesab edirəm ki, azərbaycanlıların gedib Suriyada döyüşməsinin günahı ilk növbədə özümüzdədir. Çünki lazımı təbliğat aparılımır. Azərbaycanda gənclərin, uşaqların tərbiyəsi və ideologiyası ilə işləyən yoxdur. Bu isə çox böyük faciədir. Onlara qarşı vaxtında mübarizə aparılmalı idi. Burada dini azadlıqların, insanlar hüquqların və sairə guya məhdudlaşdırılacağı barədə fikirlər səsləndirmək isə doğru deyil. Mən İnsan Hüquqları İnstitutunun direktoruyam. Bu məsələ ilə 15 ildir məşğul olan adam kimi məsuliyyətlə söyləyə bilərəm ki, Avropa Konvensiyasının dini azadlıqlarla bağlı maddəsində də qeyd olunur ki, ictimai asayişə və milli təhlükəsizliyə zərər gətirən səviyyəyə çatırsa, artıq bu, azadlıq deyil və bu azadlıq məhdudlaşdırıla bilər. Bunun qarşısını isə ağılla və düşünülən tərzdə tədbirlər görməklə almaq olar”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm