İŞİD-in azərbaycanlı üzvü ABŞ dövlət binasının önündə - Şok FOTO
Bizi izləyin

Nida.az

İŞİD-in azərbaycanlı üzvü ABŞ dövlət binasının önündə - Şok FOTO


“İraq Şam İslam Dövləti” (İŞİD) tərəfdarları ABŞ-da dövlət binasının önündə şəkil çəkdirib.

Publika.az az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotonun ABŞ-da dövlət bayrağının asıldığı binanın önündə çəkildiyi iddia olunur.

Fotonu çəkən şəxsin əlində tutduğu kağıza belə yazılıb: “Bu yaxınlarda islam dövləti buradan keçəcək. Allah buyurur: Allah öz nurunu tamamlayacaq, kafirlər istəməsə də”.

Diqqətçəkən məqam isə odur ki, Azərbaycan dilinə tərcümə edilərək yayılan bu fotonun “azəri qardaşlar” tərəfindən çəkildiyi bildirilir.

Qeyd edək ki, bu fotomontaj da ola bilər. Lakin fotonun ABŞ-ın İŞİD-ə qarşı hərbi əməliyyatlara başlaması ərəfəsində yayılması diqqət çəkir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm