Heydər Əliyevdən ilk müsahibə alan türk jurnalist TRT-nin Bakı təmsilçisi təyin olundu
Bizi izləyin

Nida.az

Heydər Əliyevdən ilk müsahibə alan türk jurnalist TRT-nin Bakı təmsilçisi təyin olundu

TRT-nin gənc Bakı təmsilçisi Əmrah Timuçin Yazıcı vəzifə müddətinin başa çatması ilə əlaqədar vidalaşmağa hazırlaşır.

Bu barədə Publika.az-a təmsilçilikdən məlumat verilib.

Üç ildən bu yana Azərbaycanda fəaliyyət göstərən Əmrah Timuçin Yazıcı Azərbaycanın ağrı-acısını, iqtisadiyyatını, mədəniyyətini, ədəbiyyatını hazırladığı yüzdən çox xəbər və proqramlarla TRT kanallarından dünyaya çatdırıb.

Əmrah Timuçin Yazıcı Sentyabr ayında Türkiyəyə qayıdır.

TRT Bakı Təmsilçiliyinə yeni rəhbər Yıldıray Arslan təyin edilib. Yıldıray Arslan Azərbaycanın müstəqilliyini qazanmadan əvvəl ölkəmizə gələrək Qarabağ müharibəsini, cəbhə xəttindəki olayları işıqlandıraraq dünyaya çatdıran ilk türkiyəli jurnalistlərdən biridir.

Mərhum Heydər Əliyevdən ilk müsahibəni o illərdə məhz Yıldıray Arslan alıb.

Eyni zamanda, Y.Arslan TRT Xəbər ve Spor yayimlari departamentinin sədr müavini vəzifəsində çalışıb.

Sözün əsl mənasında bir Azərbaycan sevdalısı olan Y. Arslan, eyni zamanda, Azərbaycanlı bir xanımla ailə qurub və bir övlad sahibidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm