Zakir Həsənov hərbi saziş imzalayacaq - ÖZƏL
Bizi izləyin

Nida.az

Zakir Həsənov hərbi saziş imzalayacaq - ÖZƏL

Yaxın vaxtlarda Azərbaycanın Müdafiə Nazirliyi ilə bir neçə ölkənin müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq anlaşmasının imzalanması nəzərdə tutulub. Bu barədə Publika.Az-a mötəbər hərbi mənbədən məlumat verilib.

Məlumata görə, hələlik həmin ölkələrin adları açıqlanmasa da, ancaq yaxın 2 ay ərzində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov həmin ölkələrə rəsmi səfər edəcək. Azərbaycanlı nazirin həmin ölkələrin müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərinin rəhbərləri ilə görüşlər keçirməsi, ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparması planlaşdırılır. Səfər zamanı həmçinin, nazir Z.Həsənov ikitərəfli hərbi sazişləri də imzalayacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm