Qabil Hüseynli: "Soçi görüşündə prinsipial razılaşmalar əldə edilib"
Bizi izləyin

Nida.az

Qabil Hüseynli: "Soçi görüşündə prinsipial razılaşmalar əldə edilib"

“Hazırda Azərbaycanın Rusiya üçün strateji əhəmiyyəti var”.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Rusiya-Azərbaycan yaxınlaşmasını şərh edərkən deyib.

O, Moskvanın Azərbaycana ögey münasibət göstərməməyə çalışdığını bildirib:

“Mən hələ ki bunları istisna etmirəm. Çünki Rusiya Azərbaycanla yaxınlaşmaq siyasətini elə-belə götürməyib. Bu dəqiqə Azərbaycanın Rusiya üçün strateji əhəmiyyəti var. Rusiyaya müxtəlif problemlər içərisində boğulan Azərbaycan yox, sabit, inkişaf edən ölkə lazımdır. Çünki bu potensialdan hansısa formada Rusiyaya da pay düşür. Moskva artıq bazarlarını Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün açıb. Rusiya artıq Qərbdən gələn müəyyən mallara embarqo qoyub. Soçidə bu məsələ də müzakirə olunurdu. Bundan başqa, Moskva Azərbaycana öz ordusunun istifadə etdiyi ən müasir silahları satmaqda davam edir. Hazırda hər iki ölkənin münasibəti bir il bundan əvvəlkindən fərqlənir. Əgər Moskva Azərbaycana ögey münasibət bəsləmiş olsaydı, o zaman heç Soçi görüşünü də təşkil etməzdi. Rusiya indi tamam başqa taktika seçib. Bu Azərbaycanla sürətlə yaxınlaşma üsuludur. Moskvanı belə işdə ruhlandıran da Qazaxıstandır. Rusiyanın hələ ki Azərbaycana ciddi ehtiyacı var. Əgər Moskva Bakının arzuladığı şəkildə Qarabağ münaqişəsinin həllinə dəstək verməsə, Azərbaycan Avrasiya İttifaqında olmayacaq. İlham Əliyev anlayır ki, yeddi rayon ətrafında mübarizə aparmaq lazımdır. Əgər bu rayonlar alınıb Azərbaycanın tərkibinə qatılarsa, Dağlıq Qarabağ üzük qaşı kimi mühasirəyə alınacaq. Bu isə Bakı üçün taktiki üstünlük olacaq. Soçi görüşündə prinsipial razılaşmalar əldə edilib və onların praktik müstəviyə keçməsi bundan sonra olacaq. Bu səbəbdən də Xarici İşlər nazirlərinə prosesin aparılması tapşırığı veriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm