“Azərbaycan rus silahları ilə İrəvanı vuracaq”- İddia
Bizi izləyin

Nida.az

“Azərbaycan rus silahları ilə İrəvanı vuracaq”- İddia

“Putin dünyaya göstərməyə çalışır ki, Azərbaycan və Ermənistan üzərində böyük təsirə malikdir”.

Publika.az-ın erməni mediasına istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistan “Azad Demokratlar” Partiyasının sədri, deputatı Xaçatur Kokobelyan deyib.

Onun sözlərinə görə, Fransa Azərbaycan və Ermənistan prezidentlərin görüşünə cəhd etsə də, prezident Fransua Ollandın təklifi qəbul edilməyib: “Amma Putin buna nail oldu. O, bununla da Qafqazda hakim olduğunu göstərmək istəyir. Amma Azərbaycanı silahlandıran Rusiyanın Ermənistanın müttəfiqi olduğunu demək çətindir. Çünki bu silahları muzeydə eksponat olaraq saxlamaq üçün alınmayıb, bu silahlar bir gün işə düşəcək”.

Erməni deputat iddia edib ki, Azərbaycan rus silahları ilə bir gün İrəvanı vuracaq. O, rəsmi İrəvanı Avrasiya İqtisadi İttifaqından üz döndərməyə çağırıb və əlavə alternativlər tapılmasının vacibliyini vurğulayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm