.jpg)
“Hazırkı mərhələni müharibəqabağı mərhələ hesab etmək. Bu mərhələ sonda müharibəyə keçəcək”.
Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu sözləri “Şenqavit” dəstəsinin komandiri Manuk Sərkisyan deyib.
Onun sözlərinə görə, Azərbaycanla müharibə qaçılmazdır, sadəcə,
bu, vaxt məsələsidir.
“Mən bir tərəfdən istəməzdim ki, müharibə başlasın, günahsız
insanlar ölsün. Amma bir halda ki, müharibə qaçılmazdır, mən bunun
tezliklə baş verməsinin tərəfdarıyam”, - erməni komandir
bildirib.
Asif