BAXCP Rəsulzadəni ziyarət etdi - FOTOLAR
Bizi izləyin

Nida.az

BAXCP Rəsulzadəni ziyarət etdi - FOTOLAR

Yanvarın 31-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə Novxanıda yerləşən abidəsini ziyarət ediblər.

BAXCP-nin mətbuat xidmətindən Publika.Az –a verilən məlumata görə, ziyarətdən sonra partiyanın mərkəzi qərargahında elmi-praktik konfrans keçirilib.

Konfransda tarixçi alim, BAXCP -nin humanitar məsələlər üzrə katibi Vaqif Abışov məruzə ilə çıxış edərək Məhəmməd Əmin Rəsulzadənin siyasi və elmi fəaliyyətindən danışıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm