Nida.az
Britaniyalı millət vəkili kəlbəcərli girovlardan narahatdır
Erməni separatçılarının girovluğunda olan 2 azərbaycanlı britaniyalı millət vəkilinin narahatlığına səbəb olub.
Azərbaycan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, millət vəkili Devid Liddinqtona məktubla müraciət edib.
Avropa Azərbaycan Cəmiyyətindən Publika.az-a verilən məlumata görə, məktubda deyilir:
“15 iyul tarixində Şahbaz Quliyev və Dilqəm Əsgərov mübahisəli Dağlıq Qarabağ ərazisində yerləşən Kəlbəcər rayonunun Şaplar kəndində ermənilər tərəfindən saxlanılmışlar. Hər iki şəxs nə Ermənistan, nə də BMT tərəfindən tanınmayan, lakin ermənilər tərəfindən “sərhəd” kimi iddia edilən Dağlıq Qarabağ ərazisinə ailələrinin məzarını ziyarət etmək məqsədilə daxil olmuşlar. Lakin, onlar hüquqi müdafiə ilə təmin edilmədən saxlanılmış, daha sonra erməni telekanallarında “təxribatçı” kimi təqdim edilmişdirlər. Onlara bir mülki şəxsin və bir hərbiçinin ölümündə ittiham irəli sürülmüşdür. Ailə üzvlərinin məzarını ziyarət etmək üçün Dağlıq Qarabağa daxil olmuş digər azərbaycanlı, Həsən Həsənovun Şaplar kəndindəki əməliyyat zamanı öldürüldüyü Ermənistan qüvvələri tərəfindən bəyan edilmişdir.
Əminəm, Siz də razılaşarsınız ki, heç bir mülki şəxs öz evlərini ziyarət etmək istəyində olduğu üçün bu şəkildə rəftar görməməlidir. Yəni saxlanılmamalı, və yaxud öldürülməməlidir. Bu şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən zəruri yardımın və konsulluq xidmətinin göstərilməsi zəruridir. Başa düşürəm ki, hazırda regionda həllini gözləyən daha böyük problemlər var. Lakin mən ümidvaram ki, Siz Böyük Britaniyaya dost ölkə olan və bu yaxınlarda münaqişənin yenidən alovlandığı Azərbaycan üçün bu məsələnin həllinin və üç şəxsin doğma evlərinə qaytarılmasının nə qədər mühüm olduğunu anlayışla qarşılayacaqsınız. Öldürüldüyü bildirilən cənab Həsənovun məsələsi ilə bağlı ümid edirəm ki, Siz Dağlıq Qarabağda əsas söz sahibi olan Ermənistan hakimiyyətini onun ölüm faktını təsdiq etməyə, nəşinin ailəsinə qaytarılması və ölüm səbəbəni araşdırmaq üçün bütün zəruri addımların atılmasına çağırasınız.
Sizin cavabınızı gözləyir və ümid edirəm ki, Böyük Britaniya hökuməti məsələnin tezliklə həllinə səy göstərəcəkdir”.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO