Müsavatçılar İsa Qəmbərə qarşı çıxdı: Müşavir qalmaqalı böyüyür
Bizi izləyin

Nida.az

Müsavatçılar İsa Qəmbərə qarşı çıxdı: Müşavir qalmaqalı böyüyür

Müsavat Partiyası başqanı İsa Qəmbərin müşaviri Hüseyn Məliki partiyadan qovması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Publika.az-ın verdiyi xəbərə görə, cəbhəçilər də H. Məlikin müdafiəsinə qalxıb.

Bu, H. Məlikin Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə yaxın əlaqələrə malik olduğu üçün qovulduğu iddiaları fonunda diqqət çəkir.

Müsavat üzvü olan sosial şəbəkə istifadəçilərindən biri partiya rəhbərliyini buna görə tənqid edib: “Aktiv mübarizə aparanlar bir-bir gedir. Görəsən, partiya rəhbərliyi bunun niyə belə olduğunu düşünürmü?”
Digər müsavatçı “dəyərli insanları itirə-itirə gedirik, deyəsən, limana çatmışıq axı” deyə reaksiya verib.
“Əsas odur ki, sən həmişə haqq olanı demisən. Kimsə nəsə deyə bilər, amma haqq öz yerini tapacaq. Müsavat üçün sənin xidmətin böyük olub. Kimsə bunu görmürsə, deməli, vicdanı kordur”,- deyə bir başqa müsavatçı qeyd edib.

Cəbhəçilər isə Əbülfəz Elçibəy yolunu xatırladıb. “Hüseyn bəy 30 ildir sözünü deyir. Əbülfəz Elçibəy bizlərə belə öyrədib. Ən böyük tövsiyəsi bu olub. Yol daşı ilə yoldaşı vurmazlar”, - cəbhəçilər bildiriblər.

Qeyd edək ki, sıravi müsavatçılar İ.Qəmbərin bu addımına qarşı çıxıblar. Bir çoxları H. Məlikə görə partiya rəhbərliyini tənqid edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm